"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ƏƏSMN-də məşğulluq orqanları hesabat verib FOTO

15 İyul 2014 - 08:04
in CƏMİYYƏT, ÖNƏMLİ, SOSİAL


Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının 2014-cü ilin ilk yarımili ərzində fəaliyyətinin yekunlarına və səmərəli aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində qarşıda duran vəzifələrə dair iclas keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin ölkənin sürətli inkişafını təmin edən siyasətində məşğulluğun təminatının mühüm yer tutduğunu bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı tərəfindən uzunmüddətli məşğulluq konsepsiyasının hazırlanması barədə tapşırıq verilməsi bu sahəyə ən yüksək səviyyədə diqqətin bariz təzahürüdür. Son 8 ay ərzində ƏƏSMN-nin fəaliyyət sahələrində aparılan islahatlardan bəhs olunub, aktiv məşğulluq tədbirlərinin təşkili işlərinin təkmilləşdirilməsinin də diqqətdə saxlandığı vurğulanıb.

İclasda cari ilin ilk yarımilinin yekunları, habelə məşğulluq orqanlarının fəaliyyətinə dair cari ilin aprelində keçirilmiş müşavirədə verilən konkret tapşırıqların icra vəziyyəti barədə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəisinin, Gəncə şəhər, Bakının Qaradağ və Sabunçu rayon Məşğulluq Mərkəzlərinin direktorlarının hesabat məruzələri dinlənilib: “Hesabat dövründə məşğulluq xidməti orqanları tərəfindən 13742 nəfər münasib işlə təmin edilib, 1782 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 57327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb olunub. Ali təhsilli, ilk dəfə işaxtaran bir qrup gəncin yeni iş yerində əmək haqlarının yarısının 6 ay müddətinə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən subsidiya şəklində işəgötürənlərə ödənilməsini nəzərdə tutan pilot layihəyə başlanılıb”.

İclasda Əmək yarmarkaları, “Karyerada ilk addım” devizi altında ali təhsil müəssisələrində keçirilən aktiv məşğulluq tədbirləri, Səyyar Əmək Birjası və “SYSLAB Təlim Mərkəzi”nin fəaliyyəti barədə də məlumat verilib. Rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən vakansiyaların toplanması, qanunvericilikdə müəyyən edilmiş kvotalar üzrə işədüzəltmənin cari vəziyyəti nəzərdən keçirilib.

Tədbirdə əmək bazarının öyrənilməsi və proqnozlaşdırılması işinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq şəraitində əmək bazarının düzgün təhlili üçün müvafiq monitorinqlərin aparılması, aktiv məşğulluq tədbirlərinin daha səmərəli təşkili, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üçün əlavə tədbirlərin hazırlanaraq həyata keçirilməsi barədə tapşırıqlar verilib. Habelə işsizlik müavinətlərinin təyin olunması və ödənilməsində şəffaflığın təmin edilməsi, dövlət qulluqçusunun etik davranış qaydalarına riayət edilməsi, vətəndaş məmnunluğunun təmin olunması tapşırılıb, fəaliyyət sahəsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı xəbərdarlıq diqqətə çatdırılıb.

Samirə Abdullayeva

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lerikdə “Yay məktəbi” layihəsi çərçivəsində flaşmob keçirilib FOTO

Next Post

İlham Əliyev: “Biz İtaliya ilə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq” MÜSAHİBƏ

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Next Post

İlham Əliyev: "Biz İtaliya ilə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq" MÜSAHİBƏ

YAP rəsmisi: “USAID ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcək” AÇIQLAMA

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.