"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ƏƏSMN müharibə əlillərinə minik avtomobilləri payladı

19 Oktyabr 2015 - 15:59
in XƏBƏR LENTİ
ƏƏSMN müharibə əlillərinə minik avtomobilləri payladıÇingiz Əliyev: “Keçən il və cari ilin ötən dövründə 1830 nəfərdən çox imtiyazlı şəxs dövlət tərəfindən minik avtomobili ilə təmin olunub”

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı istiqamətində tədbirlərini uğurla davam etdirir. Belə ki, Nazirlik dekabrın 19-da bu təbəqələrdən olan daha 100 nəfərə (60 nəfər Qarabağ müharibəsi, 15 nəfər Böyük Vətən müharibəsi, 2 nəfər 20 Yanvar, 13 nəfər Çernobıl AES əlilinə və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 10 nəfər şəxsə) “Naz-LİFAN” markalı minik avtomobillərini təqdim edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, avtomobillərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bununla artıq ötən aydan etibarən 300 nəfərin minik avtomobili ilə təmin olunduğunu bildirib: “Ümumilikdə keçən il və cari ilin ötən dövründə 1833 nəfər müharibə əlilinə və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib.
Ölkəmizdə sosial təminat sisteminin bütün sahələrində olduğu kimi, bu sahədə də mühüm addımların atılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinə, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının əməli təsdiqidir. Məhz bu diqqət və qayğı qeyd olunan insanların həm avtomobillə, həm də mənzillə təminatı işlərinin sürətlənməsinə, ümumən əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsinə imkan yaradıb”. Xidmət rəisi avtomobillə təmin edilən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sayının artıq 5650 nəfərə yaxın olduğunu da diqqətə çatdırıb.
Tədbirdə iştirak edən əlil ictimai birliklərinin nümayəndələri ölkəmizdə sosial cəhətdən həssas qruplardan olan insanların təminatının gücləndirilməsi yönündə görülən işlərin ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər. Onlar bildiriblər ki, bu kimi tədbirlər ölkədə uğurla gerçəkləşdirilən sosialyönümlü siyasətin növbəti əyani nümunəsidir və respublikada sosial firavanlığın təminatına yönələn bu siyasət uğurla davam etdirilir. Təsadüfi deyil ki, möhtərəm dövlət başçımız respublika hökumətinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır”, deyə vurğulayıb.
Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər onlara yeni avtomobillərin təqdim olunmasından sonsuz sevinc hissi keçirdiklərini bildirərərək, göstərilən bu böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Elxan Abdullayev: “Qəbələ”nin qrupdan çıxmaq şansı var”

Next Post

Bakı küçələri niyə avtomatlı polislərlə doludur? -Yenilənib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakı küçələri niyə avtomatlı polislərlə doludur? -Yenilənib

Həbsxana rəisi İlqar Məmmədovu döydürdü - Vəkil açıqlama yaydı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.