"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əbdürrəhim bəy Haqverdiyevin qardaşı nəvəsi Şuşada – VİDEO

19 Avqust 2022 - 18:17
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Görkəmli yazıçı-dramaturq, Azərbaycanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyevin Almaniyada yaşayan qardaşı nəvəsi Nəsimi Sadıqov Azərbaycan Respublikasının Prezidentinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.

Elchi.az xəbər verir ki, hər il doğma Azərbaycana gəldiyini bildirən soydaşımız builki gəlişinin əvvəlkilərdən çox fərqli olduğunu söyləyib:

“Qürbətdə yaşasaq da, ürəyimiz hər zaman doğma Azərbaycanımızla döyünüb. İllərlə ürəyimizdə vətən həsrəti, Qarabağ nisgili gəzdirmişik. Bu gün isə həsrət və nisgilin yerində qürur var. Bü qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığımız sonsuzdur. Bu il Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib, Şuşaya səfər etmək istəyində olduğumu bildirmişdim. Görkəmli dramaturq, ictimai xadim Əbdürrəhim bəyin qardaşı Həmid bəyin nəvəsi olaraq baba ocağımızı ziyarət etmək istəyində olduğumu bilən komitə əməkdaşları mənə böyük diqqət göstərdilər və 17 avqust tarixində Şuşaya getməyin mümkün olduğunu bildirdilər. Bu, mənim üçün ən böyük arzu və hədsiz sevinc idi”.

N.Sadıqov qeyd edib ki, Azərbaycanın qəhrəman oğullarının açdığı cığır boyu salınan Zəfər yolu ilə irəlilədikcə tarixi qələbəmizin nə qədər böyük çətinliklərə sinə gərərək əldə edildiyinin bir daha şahidi olub: “Hər addımda şəhidlərimizi anıb, qazilərimizə cansağlığı diləyərək əziz Şuşamıza gəlib çatdıq. Şuşanın yetirməsi olan görkəmli Əbdürrəhim bəyi boya-başa çatdıran babamız Həsənalı bəyin nəvələrindən ilk olaraq bu torpağa 30 ildən sonra mənim ayağım dəydi. Babalarımızın ayaq izləri olan Şuşanın küçələrində gəzdim. Havasını ciyərlərimə çəkib, suyundan doyunca içdim. Sevincim və qürurum yerə göyə sığmırdı. Çünki mənim və milyonlarla azərbaycanlının ən böyük arzusu olan azad Şuşamızda idim.

Xaricdə yaşayan azərbaycanlılara bu imkanı yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşlarına “çox sağ olun!” deyirəm. Komitə sədri cənab Fuad Muradovun məni qəbul etməsi və Şuşanın yetirməsi olan görkəmli Əbdürrəhim bəyin yaxın qohumu kimi mənimlə görüşərək, gələcək planlarla bağlı müzakirə aparması, Azərbaycanın ictimai-siyasi və ədəbi mühitində böyük xidmətləri olan Əbdürrəhim bəy Haqverdiyevə hörmət və ehtiramın göstəricisi idi. Buna görə bütün qohumlar adından hörmətli Fuad müəllimə dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, ata-baba yurdunu ziyarət edən N.Sadıqov Şuşada Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident yeni səfirlər təyin etdi – SƏRƏNCAM

Next Post

İntim videolar çəkən FHN polkovnikinin həbsinə QƏRAR VERİLDİ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
İntim videolar çəkən FHN polkovnikinin həbsinə QƏRAR VERİLDİ

İntim videolar çəkən FHN polkovnikinin həbsinə QƏRAR VERİLDİ

İlham Əliyev bu səfirləri geri çağırdı – SİYAHI

İlham Əliyev bu səfirləri geri çağırdı - SİYAHI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.