"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əcnəbilər necə Azərbaycan vətəndaşı ola bilər? – QAYDALAR

17 May 2022 - 12:04
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamına əsasən, əcnəbilər ən azı 400 min dollar dəyərində daşınmaz əmlak alarsa, müstəsna şəkildə Türkiyə vətəndaşlığını əldə edəcəklər. Eyni zamanda qeyd olunub ki, alınan daşınmaz əmlakın müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən ən azı 3 il müddətində onu satmamaq tələb olunacaq.

İnvestisiya tələbi ilə vətəndaşlıq hüququnun verilməsi haqqında qonşu ölkələrdə atılan bu cür addımlar Azərbaycanda da müzakirələrə səbəb olub. Bir çox iddiaçılar ölkəmizdə belə güzəştlərin tətbiq edilməsinin tərəfdarıdır. Amma bəziləri düşünür ki, bu şərtlərə cavab verən hər kəsi Azərbaycan vətəndaşlığına qəbul etmək düzgün addım deyil.

Azərbaycan vətəndaşlığını necə almaq mümkündür?

Elchi.az Azərbaycan vətəndaşlığına qəbul olmaq üçün qanunvericilikdə nəzərdə tutulan mövcud şərtləri təqdim edir:

Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir,

Ərizə-anket (kompüter vasitəsilə doldurulmalıdır) – 2 nüsxədə çap olunmalıdır;

Azərbaycan Respublikası Prezidentinin adına ərizə (kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;

Tərcümeyi-hal (kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;

Fotoşəkil (3×4 ölçüdə) – 4 ədəd;

Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (200 manat);

Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;

Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla) – (notariat qaydasında təsdiq edilmiş tərcüməsinin əlavə olunması);

Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış (maaş göstərilməklə), pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) Şəxs işləmirsə Azərbaycan Respublikası vətəndaşı tərəfindən öhdəliyə götürülə bilər. Bu zaman:

  • Öhdəliyə götürən şəxsin öhdəlik ərizəsi (notariat qaydada təsdiqli);
  • Öhdəliyə götürən şəxsin şəxsiyyət vəsiqəsi (notariat qaydada təsdiqli);
  • Öhdəliyə götürən şəxsin qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (iş yerindən arayış, pensiya, təqaüd və s.);

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti;

Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri (olduğu halda).

Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı vəsatət qaldıran şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə müraciət etdikdə aşağıdakı sənədlər əlavə olunmalıdır:

Digər valideynin razılıq ərizəsi (notariat qaydada təsdiqli);

Digər valideynin pasportunun surəti (notariat qaydada təsdiqli);

Nikah haqqında şəhadətnamənin surəti;

14-18 yaşlı uşaqların razılıq ərizələri (notariat qaydada təsdiqli).

Qeyd: Ərizə-anket və ərizədə vəsatət qaldıran şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının da adları qeyd olunmalı, həmçinin 4 ədəd fotoşəkilləri (3×4 ölçüdə) təqdim olunmalıdır.

Xatırladaq ki, 2022-ci ilin aprel ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 11288 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 13492 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb. Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 1133 qərar qəbul edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu

Next Post

İsveç XİN başçısı NATO-ya üzvlüklə bağlı müraciəti imzalayıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
İsveç XİN başçısı NATO-ya üzvlüklə bağlı müraciəti imzalayıb

İsveç XİN başçısı NATO-ya üzvlüklə bağlı müraciəti imzalayıb

BŞİH-ə yeni şöbə müdiri təyin edilib

BŞİH-ə yeni şöbə müdiri təyin edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.