"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əcnəbilərlə quda olan məmurlarımız – Elmar Məmmədyarov bu sırada ilk deyil

21 Avqust 2019 - 15:33
in CƏMİYYƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Amerikada yaşayan oğlu Riyad Məmmədyarovun əcnəbi xanımla ailə qurmması yerli mətbuatın diqqət mərkəzinə düşən hadisə olub .
Riyad Məmmədyarov tələbə yoldaşı olmuş Aleks Zapalla adlı amerikalı xanımla ailə həyatı qurub. Məlumatlarda Nyu-York şəhərində keçirilən toy mərasimin sadəliyi ilə diqqət çəkdiyi vurğulanır.

Azərbaycanın xarici işlər nazirinin ailəsində yaşanan bu xoşməramlı hadisə azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların da gündəmə gəlməsinə səbəb olub.

Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah  bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq


2019-cu ilin 2 ayı ərzində isə ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 274 nikah bağlanıb. Əcnəbilərlə nikaha girən şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.
Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha giriblər.


Yeri gəlmişkən, xarici işlər naziri Elmar Məmmədyarov əcnəbilərlə qohum olan ilk məmur deyil.

Modern.az-ın bu istiqamətdə apardığı kiçik bir araşdırmanın nəticəsi belə deməyə əsas verir.

Məsələn, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da qeyri-azərbaycanlı ilə quda olub. Və bu hadisə onun nazir işlədiyi müddətdə (7 fevral 2006-cı ildən 22 oktyabr 2013-cü il kimi) baş verib. Belə ki, F.Ələkbərov əmək və sosial müdafiə naziri işlədiyi 2009-cu ilin iyununda Rusiya Gömrük Komitəsinin sədr müavini ilə qohum olub. Azərbaycanlı nazir qızını rus məmurun oğluna ərə verib. Belə məlumatlar var ki, toy mərasimi Yunanıstandanın paytaxtı Afinanın ən bahalı otellərindən birində keçirilib. Gənclərin İsveçrədə birgə təhsil alarkən tanış olduğu qeyd edilir.

Hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini postunda çalışan Musa Pənahov da əcnəbilərlə qohum olan məmurlar sırasına daxildir. Qeyd edək ki, Musa Pənahov 2004-cü 2017-ci ilə kimi nəqliyyat nazirinin müavini vəzifəsini tutub.

Musa Pənahov Moldova  kommunistlərinin lideri, bu ölkənin sabiq prezidenti Vladimir Voroninlə (2001-2009-cu illərdə Moldova prezident olub) qudadır. Vladimir Voronin nəvəsi Yekaterinanı (oğlu Oleq Voroninin qızı) azərbaycanlı məmur Musa Pənahovun oğlu Fuad Pənahova ərə verib. 

Bu hadisə də Musa Pənahov nazir müavini işlədiyi dövrdə – 2011-ci ilin iyununda baş verib. Həmin toy Bakıda, “Buta Palace” sarayında keçirilib. Azərbaycanlı məmur oğluna ərə gələn Yekaterina xanım Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladıdır. Cütlüyün Fransanın elitar kurort zonası olan Lacivərd sahillərində tanış olduqları barədə məlumat verilib. 
2016-cı ilin avqustunda Yekaterina Voronina ilə Fuad Pənahovun Leyla adlı qızları dünyaya gəlib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Meksika ilə Azərbaycan arasında turist axını artıb

Next Post

Gürcüstanda cinayətkarlıq halları artıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Gürcüstanda cinayətkarlıq halları artıb

Gürcüstanda cinayətkarlıq halları artıb

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.