8 noyabr – Zəfər Günü münasibətilə elan edilmiş Amnistika aktının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb.
Bunu bu gün Ədliyyə Nazirliyində keçirilən keçirilən mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, ötən müddətdə 15 belə şikayət daxil olub, onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilib.
“Onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilib, 1-i prokurorluğun “Qaynar xətt”indən, 6-ı Katiblikdən bilavasitə daxil olmuş, 2-si isə Monitorinq qrupuna məlumat verilməklə Penitensiar xidmət tərəfindən məzurə edilib. Şikayətlərdən 2-i probasiya, digərləri isə Penitensiar xidmətlə əlaqədar olub. Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən edilib, onlardan 6-sı məlum amnistiya aktının təsiri dairəsinə düşməyən məhkumlar barəsində, 4-ü zərərçəkmiş şəxslərin şikayətləri, 2-si dini baxışlarına görə nəzarətdə olan məhkum barəsində, 3-ü şikayət daxil olanadək barəsində amnistiyanın tətbiqi ilə bağlı tədbirlər görülmuş məhkumlar barəsində olub, 2-i üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı tədbir görülüb”.
Qeyd olunub ki, şikayətlərdən biri üzrə aşkar edilmiş pozuntular Ağsu rayon icra və probasiya şöbəsinin probasiya üzrə stajoru Məqsəd Cavadlının və şöbə rəisi Emil Əhmədlinin diqqətinə çatdırılıb.





