"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ədliyyə orqanları işçilərinin attestasiyası qaydası təsdiqləndi

20 Oktyabr 2017 - 13:44
in SİYASƏT

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycan Nazirlər Kabineti “Ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası”nı təsdiq edib.

Elchi.az-ın Report-a istinadən xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur-Rasi-zadə imzalayıb.

Bu qayda ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə çalışan işçilərin (bundan sonra – işçi) attestasiyasının keçirilməsi qaydasını müəyyən edir.

Attestasiyanın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:

1. işçinin tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi,

2. işçinin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması,
3. işçinin ixtisasının və peşə hazırlığının yüksəldilməsinin və ya təkrar hazırlıq keçməsinin zərurət dərəcəsinin müəyyənləşdirilməsi,
4. kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsi.

Yalnız müvafiq vəzifələrdə azı 1 il çalışan işçinin attestasiyası keçirilə bilər. İşçinin attestasiyası 5 ildə bir dəfədən çox olmayaraq keçirilir.
Ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan və dövlət qulluqçusu olmayan işçilərin attestasiyası əmək qanunvericiliyi ilə tənzimlənir.

Ədliyyə Nazirliyinin (bundan sonra – Nazirlik) tibb xidmətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər sertifikasiyaya cəlb edilirlər.

Bu işçilərin attestasiyası keçirilmir:

1. müvafiq vəzifədə bir ildən az qulluq keçən işçilər,

2. stajorluq müddətində olan işçilər,

3. uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə çalışan işçilər,
4. eyni vəzifədə azı üç dəfə attestasiya edilərək, tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər.

İşçilərin attestasiyasının keçirilməsi məqsədi ilə Nazirlikdə və müvafiq struktur qurumlarında azı 5 nəfərdən ibarət attestasiya komissiyaları yaradılır. Attestasiya komissiyalarının tərkibi sədrdən, katibdən və digər üzvlərdən ibarət olmaqla, Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən təsdiq edilir.

Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attestasiya komissiyasının işinə yüksəkixtisaslı mütəxəssislər və elmi ekspertlər cəlb edilə bilərlər.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, Nazirliyin korrupsiya ilə əlaqədar məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
Attestasiyanın keçirilməsinin müddətləri, sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı attestasiya komissiyasının sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 ay qalmış attestasiyadan keçən işçilərin nəzərinə çatdırılır.
Attestasiyadan keçməli olan hər bir işçiyə attestasiyanın başlanılmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin işçi ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.

Xasiyyətnamədə işçinin xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir.

Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, ixtisasına, icra etdiyi işlərə və onların nəticələrinə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçiyə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

İşçi attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən işçinin fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

İşçi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Həmin işçi attestasiya komissiyasının növbəti iclasında attestasiyadan keçməlidir.

İşçi üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin işçi intizam tənbehi tədbirləri tətbiq edilə bilər.
Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında işçinin mükafatlandırılması, vəzifədə irəli çəkilməsi və ya irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, əlavə təhsilə cəlb olunması, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı və ya başqa vəzifəyə keçirilməsi, yaxud tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.
İşçinin fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən işçinin iştirakı olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.

Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən işçi tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan işçi attestasiyadan keçərkən, səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra işçiyə bildirilir.

İşçi attestasiyanın nəticələrindən 7 iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər
.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi

Next Post

“Hasilatın azaldılması neft bazarına təsir edir”— Yeni energetika naziri

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

"Hasilatın azaldılması neft bazarına təsir edir"— Yeni energetika naziri

Keçmiş məşqçisi: "Ramil Şeydayev Azərbaycanda itib-batacaq"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.