
Elchi.az “Report”-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Salahuddin Rəbbani Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimindəki çıxışında deyib.
Onun sözlərinə görə, “Asiyanın qəlbi” – İstanbul prosesi layihəsi çərçivəsində növbəti görüş gələn il Türkiyədə keçiriləcək.
“Asiyanın qəlbi” – İstanbul prosesi əməkdaşlıq üçün yaxşı platformadır. Əfqanıstanın inkişafı məsələsində hamımızın əldə etdiyi nəticələri alqışlayırıq. Bu platforma bütövlükdə regionun inkişafına, ekstremizm və terrorizmlə mübarizə aparmağa kömək edəcək və regiona sabitlik gətirəcək”, – Əfqanıstan XİN başçısı bildirib.



