
Əfqanıstanda zorakılığın qarşısını almaq məqsədilə oyuncaq silahların satışı qadağan olunub.
Əfqanıstanın rəsmiləri bu qadağanı şiddətin qarşısını almaq üçün atılan bir addım kimi dəyərləndirib. Qərarın alınmasında Ramazan Bayramında yüzdən çox uşağın oyuncaq silahlar vasitəsilə gözlərindən yaralanmasının təsirinin oluduğu bildirilib.
AFP-nin məlumatına görə, bayramda plastik gülləli oyuncaq silahların satışlarında ötən illərdə olduğu kimi, bu il də artim müşahidə olunub. Daxili İşlər Naziriliyindən verilən açıqlamada “Polisə fiziki və psixoloji zərər verən bütün oyuncaq silahlara qadağa qoyulduğu” bildirilib.
Qadağanın tətbiq olunması nəticəsində ölkədəki oyuncaq sektorunun ciddi zərbə alacağı vurğulanır.
Qərar haqqında şərhlər yazan sosial media istifadəçiləri həqiqi silahların məhdudlaşdırılması ilə bağlı qərarın qəbul edilməsini istəyirlər.



