Əfqanıstanın cənub vilayəti Helmandda təhlükəsizlik qüvvələri hücuma məruz qalıb.
ANS PRESS-in məlumatına görə, avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində azı 3 polis əməkdaşı ölüb. Hadisə Ləşkərgah şəhərində baş verib. Hadisə zamanı 1 mülki olmaq 6 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı istintaq araşdırması başladılıb. Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, Taliban silahlı qruplaşmasının partlayışlarda əli olduğu ehtimal edilir.




