Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib.
Elchi.az xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi “Twitter” hesabında mövzu ilə bağlı açıqlama verib.
Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam etdiriləcəyini bildirib.
Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaltdılar.
Ötən il Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri Talibana təhvil verilib. Dünyada qalan Əfqanıstan səfirliklərində əvvəlki Əfqanıstan hökuməti tərəfindən təyin edilmiş diplomatlar var.
Dünyanın heç bir ölkəsi indiyədək Taliban administrasiyasını, o cümlədən ölkələrindəki səfirlikləri Talibana verilən ölkələri rəsmən tanımayıb. Taliban Əfqanıstan administrasiyasına 2021-ci il avqustun 15-də gəlib.
Yeganə





