Fransa millisinin sabiq futbolçusu Kristian Karambö Bakıya gəlib.
Elchi.az-ın məlumatına görə, bu barədə Azərbaycan millisinin skautu İlqar Qurbanov özünün instaqram səhifəsində paylaşım edib.
Əfsanəvi yarımmüdafiəçi bu gün Bakıda “Qarabağ” və Yunanıstan “Olimpiakos”u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununu Tofiq Bəhramov adına Respublika stadionundan izləyəcək.
Qeyd edək ki, görüş saat 20:45-də start götürəcək.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...





