"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əfsanəvi Ququş: “Azərbaycanın mədəniyyət naziri məni Bakıya buraxmır”

27 Avqust 2017 - 12:50
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycanın ən əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Şimali Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib. Bu haqda virtualaz.org-a müğənninin Bakıdakı konsertinin təşəbbüskarlar və təşkilatçıları məlumat veriblər.

Virtualaz.org bu informasiyanı dəqiqləşdirməyə qərar verib və suallarla birbaşa hazırda Londonda yaşayan müğənninin özünə müraciət edib.

Xatırladaq ki, müğənni bir neçə həftə əvvəl öz İnstaqram səhifəsində bəyan etmişdi ki, avqustun sonunda Yerevanda konsert verəcək. Öz statusunun altında o, xeşteq də qoymuşdu: # finally – “nəhayət” və historyinthemaking – “tarix yaradılır”. Yerevandan sonra Ququş Tbilisiyə yola düşməli idi.

Və bir neçə tanınmış Azərbaycan biznesmeni Zaqafqaziya turnesi zamanı Bakıya baş çəkmək və Azərbaycanda solo proqramla çıxış etmək xahişi ilə müğənniyə müraciət etmişdi. Ancaq, virtualaz.org-a açıqlamasında Ququşun özünün bildirdiyi kimi,  Azərbaycan hakimiyyəti – Mədəniyyət və Turizm Nazirliyinin şəxsində rədd cavabı verib və müğənninin Bakıda konserti qadağan edilib.

“Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri (Əbülfəz Qarayev – RED.) Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən məəttəl qalmış və hiddətlənmişəm!”, – deyə Ququş virtualaz.org-a bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin mövqeyi bir çox suallar doğurur və biz ümid edirik ki, ən yaxın zamanda cənab Əbülfəz Qarayevin idarəsinin nümayəndələrinin şərhini ala biləcəyik.

Birincisi, son illərdə erməni millətinin bir çox nümayəndələri Bakıya baş çəkib və  Azərbaycan hakimiyyətinin sülhə yönəlik addımlarını təqdir edərək bu məsələdə bizimlə həmrəy olduqlarını nümayiş etdiriblər. Azərbaycan və Ermənistan Sülh Platforması çərçivəsində bir çox erməni ictimai xadimlərinin və hüquq müdafiəçilərinin səfərlərini xatırlamaq kifayətdir.

İkincisi, Ququş milliyyətcə azərbaycanlıdır, əslən Cənubi Azərbaycandandır və indiyə qədər postsovet məkanında konsertlərlə çıxış etməyib. Bu onun Zaqafqaziya üzrə birinci turnesidir. Ququş Qarabağa baş çəkməyib və Soso Pavliaşvilidən, Filipp Kirkorovdan fərqli olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına düşməyib, Qarabağ separatçılarını  dəstəkləyən bəyanatlarla çıxış etməyib. Hətta, elə olub ki, Qarabağa qanunsuz baş çəkən və separatçıları dəstəkləyən Rusiya müğənniləri ilə bağlı problem işə başqa məşhur müğənni – Emin Ağalarov qarışan kimi bir andaca həll edilib. Ancaq nədənsə Kirkorova rəva bilinən Ququşa rəva bilinmir.

Suallarımız hələlik cavabsız qalır. Və biz ən yaxın vaxtda Mədəniyyət Nazirliyinin cavabını təqdim edəcəyik. Hələlik isə biz, jurnalistlər, ənənəvi məmur səhvinə istinad edib telefonla əfsanəvi Ququşu sakitləşdirməli olduq. Görəsən, bu dəfə məmurun kobud səhvini düzəldəcəklərmi?!

Eynulla Fətullayev

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dolların bazar ertəsinə olan məzənnəsi

Next Post

Mehriban Əliyeva: “Mən Azərbaycanın əsas sərvətinə – xalqımıza inanıram”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Mehriban Əliyeva: “Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram”

Partlayışa görə qərargah yaradıldı - Əhali arasında ölən yoxdur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.