"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əfv olunanların tam siyahısı – burada kimlərin adı yoxdur?

30 Dekabr 2014 - 09:28
in GÜNDƏM

Prezident əfv fərmanı imzaladı; Azadlığa buraxılanlar arasında tanınmış vəkil Qurban Məmmədov, jurnalist Sərdar img1712521Əlibəyli, Əvəz Zeynallı, NİDA-çılardan isə Zaur Qurbanlı və Üzeyir Məmmədli də var; Tofiq Yaqublu və İlqar Məmmədov həbsdə qaldı…

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Dekabrın 29-da prezident İlham Əliyev çoxdan gözlənilən əfv sərəncamı imzaladı. Əfv siyahısında beş tanınmış məhbusun adın var. Bunlar  jurnalistlər Əvəz Zeynallı, Sərdar Əlibəyli, vəkil Qurban  Məmmədov, o cümlədən NİDA Vətəndaş Hərəkatının iki üzvü  – Zaur Qurbanlı və Üzeyir Məmmədlidir.
Hazırda nəşrini dayandırmış “Xural” qəzetinin baş redaktoru olan Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbs edilib. O, 9 il müddətinə azadlıqdan məhrum olunub.
Sərdar Əlibəyli 2013-cü ilin avqustunda həbs edilib və 4 il müddətinə azadlıqdan mərhum olunub.
Qurban Məmmədov 2013-cü ildə Nəsimi Rayon Məhkəməsinin 6 dekabr tarixli hökmü ilə 3 il həbs cəzası almışdı. Zaur Qurbanlı və Üzeyir Məmmədli ötən ilin yazında daha 6 NİDA-çı ilə birgə tutulublar. Gənclər kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər və 6-8 il aralığında həbs cəzaları alıblar.  Zaur Qurbanlı 8 il, Üzeyir Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Əfv olunanların tam siyahısı
I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Abbasov Elçin 
2. Abbasov Hacı 
3. Abdulxalıqov Kənan 
4. Abdullayev Rüfət 
5. Abışov Pərviz 
6. Ağalarov Şahlarbəy 
7. Ağalıyev Yasəf 
8. Aldemir Halil 
9. Allahverdizadə Əli 
10. Bəşirov Azad 
11. Boroşkov Anton 
12. Budaqov Çingiz 
13. Cəfərov Aslan 
14. Cəfərov Ayaz 
15. Cəlilov Əzizağa 
16. Dadaşov Seymur 
17. Dronov Yuriy 
18. Etibar Məmməd oğlu
19. Əhmədov Zaur 
20. Əhmədova Nüşabə 
21. Əkpərli Səməd 
22. Ələkbərov Şahlar 
23. Əliyev Sərdar 
24. Əlnağıyev Şakir 
25. Əskərov Azad 
26. Həsənov Şahin 
27. Həsənova Günel 
28. Hümbətov İsmayıl 
29. Hüseynov Ceyhun 
30. Hüseynov Elçin 
31. Hüseynov Əli 
32. Hüseynov Ruhid 
33. Xəlilov Rəşad 
34. İbrahimov Ceyhun 
35. İnsafi Ələkbər 
36. İsazadə Qulam 
37. İsgəndərov Niyazi 
38. İslahlı Elsun 
39. İsmayıllı Elşən 
40. Kazımlı Məhərrəm 
41. Kərimov Famil 
42. Qasımov Anar 
43. Qasımov Anar 
44. Qasımov Hənifə 
45. Qasımov Nazim 
46. Qasımov Raqif 
47. Qəhrəmanov Nahid 
48. Quliyev Ceyhun 
49. Quliyev Emin 
50. Quliyev Rəşad 
51. Quliyev Şirməmməd 
52. Quluyev Muraday 
53. Qurbanlı Zaur 
54. Mahmudov Mehman 
56. Mecidov Eldar 
55. Mehtiyev Nəsrəddin 
57. Məmmədli Üzeyir 
58. Məmmədov Qurban 
59. Mikayılov Rəsul 
60. Mustafayev Mustafa 
61. Mustafayev Nuruzadə 
62. Mustafayev Rövşən 
63. Mustafayev Şahin 
64. Mühübəliyev Şükran 
65. Orucov Pərviz 
66. Orucov Tural 
67. Ramazanov Yusif 
68. Rzayev Mahir 
69. Rzayev Namil 
70. Sarıyev İman 
71. Səfərov Ədalət 
72. Səlimov Ziya 
73. Sultanlı İlqar 
74. Şükürov Namiq 
75. Teymurov İlqar 
76. Vəliyev Nicat 
77. Vəliyev Zamiq 
78. Zeynalov Əvəz 
79. Zeynalov Vüsal 
 
II. İslah işləri cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:
1. Xabibov Rəhman 
2. Mehdiyev Namik 
3. Məhərrəmov Dəyanət 
III. Cərimə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzadan azad edilsinlər:
1. Abdullayev Səfər 
2. Əliyev Qalib 
3. İsrafilov Səbuhi 
4. Mehdiyev Mürüvvət 
5. Musayev Cəfərağa 
 
Hüquq müdafiəçiləri əfv sərəncamın necə dəyərləndirir? 
 
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu musavat.com-a açıqlamasında əfv sərəncamını yüksək qiymətləndirdiyini bildirdi: “Bu başlanğıcdır. Biz çalışacağıq İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Anar Məmmədli, Bəşir Süleymanlı, Nemət Pənahlı, Xədicə İsmayıl və digərlərinin azadlığa buraxılmasına çalışaq. Çox istərdim ki, Pərviz Həşimli də azadlığa çıxsın. Yaxın aylarda onların da azadlığa buraxılması məsələsini həll etməyə çalışacağıq. Prezidentə təşəkkür edirəm. Mart ayına qədər çoxlu dəyişikliklər olacaq. Əfv sərəncamı olmadan da marta qədər azadlığa çıxma ehtimalı olanlar var. Siyahımızda olan bir çox başqa məhkumlar da azadlığa çıxıb. Mənim üçün Əvəz Zeynallı, Zaur Qurbanlı, Üzeyir Məmmədli və digərlərinin azadlığa buraxılması çox sevindiricidir. Zaur, bildiyimiz kimi, xəstə idi. Onun azad olunmasına çox sevindim. Bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.
İşçi Qrupunun digər üzvü Səidə Qocamanlı qismən də olsa gözləntilərinin doğrulduğunu qeyd etdi: “Prezident artıq gözlədiyimiz əfvi imzaladı. Siyahımızdan 10 nəfər azadlığa buraxıldı. Bu birinci etap idi. Siyahımızda olan digər şəxslərin də azadlığa buraxılması məsələsinə baxılacaq. Ümid edirəm ki, yanvar ayında onların da işi müsbət həll olunacaq. Bunların hər biri insan taleyidir. Azadlığa çıxanlar üçün çox sevinirəm. Biz arzulayırdıq ki, çox adam azadlığa çıxsın. Amma ”dama-dama göl olar”. Azadlığa buraxılanlar üçün də təşəkkür etmək lazımdır. Gözləntilərimizin doğrulmadığını deməzdim. Qismən doğruldu. İşçi Qrupu fəaliyyətinə davam edəcək. Çox güman ki, bayramdan sonra Avropa Şurasının qış sessiyası ərəfəsində yenidən toplaşacağıq”.
Jurnalistin xanımı: “4-cü ilə keçir ki, bu xəbəri gözləyirdim”
 
Əfv sərəncamı ilə azadlığa buraxılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bu xəbəri ilk dəfə bizdən eşitdiyini bildirdi. O, keçirdiyi hissləri bizimlə bölüşdü: “İnanırsınız ki, hələ də əfv olduğuna inana bilmirəm. Mən bu qərarı 1184 gün idi ki, gözləyirdim. Çox sevinirəm. Hisslərimi ifadə edə bilmirəm. Artıq 4-cü ilə keçir ki, bu xəbəri gözləyirdim. Allah bütün siyasi məhbusların qapısını açsın. Heç zaman istəmərəm ki, günahsız insanlar həbsdə olsun. Hamısına azadlıq nəsib olsun. İnsan üçün azadlıqdan dəyərli heç nə yoxdur”.
Zaur Qurbanlının atası Araz Qurbanlı sevincindən ağladı: “Sevincdən evdə hər kəs ağlayır. Yoldaşlarının buraxılmamasına təəssüflənirik. Rəşadətin körpə balası var. Digərlərinin gözləyəni var. Zaurun azad olunmasında köməyi keçən hər kəsə təşəkkür edirəm. Vəkil və jurnalistlərdən tutmuş dövlət rəhbərinə qədər. Allah digərlərinin də qapısını açsın. İnşallah, növbəti dəfə onlar da azadlığa çıxar”.
Arif Hacılı: “Təəssüf ki, ümidlər doğrulmadı” 
 
Verilən əfvdə çoxları Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqovun, eləcə də REAL sədri İlqar Məmmədovun azadlığa buraxılacağına ümid edirdi.
Müsavat başqanı Arif Hacılı əfv sərəncamını belə dəyərləndirdi: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində yerli və beynəlxalq təşkilatların siyasi və vicdan məhbusu elan etdiyi şəxslərin azadlığa buraxılması təbii ki, bir tərəfdən Azərbaycanın mənafelərinə uyğun olan bir addım, həm də ədalət prinsipinin qismən də olsa, bərpası kimi qəbul oluna bilərdi. Nə Azərbaycan cəmiyyəti, nə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələr, ictimai birliklər daha çox siyasi əqidəsinə görə həbs edilən məhbusun bayram günü ərəfəsində azadlığa çıxacağına ümid bəsləyirdi. Təəssüf ki, ümidlər doğrulmadı. Hakimiyyət dairələri yenə də ölkədə vətəndaş həmrəyliyinə nail olmaq imkanlarını itirdilər”.
Müsavat başqanı Avropa Şurası Nazirlər Komitəsinin REAL sədri İlqar Məmmədovla bağlı qərarına ölkə iqtidarının məhəl qoymamasına da toxundu: “Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Beynəlxalq birliyə qarşı açıq meydan oxuyan siyasət həyata keçirir. Bu da hesab edirəm ki, Azərbaycanın milli mənafelərinə ziddir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu istiqamətdəki siyasətinə düzəliş etmək əvəzinə, beynəlxalq aləmdə daha radikal mövqelər tutmaqla ölkəmizə problemlər yaratmaqda davam edir”.
 
Cavanşir ABBASLI
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda bəylə gəlin toya metro ilə getdi (VİDEO)

Next Post

Brent markalı neftin qiyməti 57 dollara enib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Brent markalı neftin qiyməti 57 dollara enib

Con Kerri İlham Əliyevlə telefonda nə haqda danışıb?..

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.