"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əhali bank sisteminə inanmır – “500 milyon manatın necə xərcləndiyi yoxlansın!”

08 Noyabr 2017 - 11:22
in İQTİSADİYYAT MANŞET, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Əhali bank sisteminə inanmır
“Pul-kredit siyasəti ilə bağlı məsələlər ciddidir. Manatın məzənnəsinin qorunub saxlanması müsbət haldır. Manatın məzənnəsinin sabitliyi ixrac üçün müəyyən potensial yaradır”.

Elchi.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Deputat bank sistemindəki problemlərin hələ də tam həll olunmadığına diqqət çəkib: “Əhalinin bank sisteminə inamı artmalıdır. Çox təəssüf ki, artmır. Keçən ilin birinci yarısında 7,8 milyard manat əmanət var idisə, bu ilin 6 ayında bu göstərici 6,9 milyard manata enib. Manatın məzənnəsinin qorunub saxlanmasının iki tərəfi var. Birincisi, manatın məzənnəsinin qorunub saxlanması müəyyən qədər pul kütləsinin qarşısını almaqla həyata keçirilir. Əgər biz 2015-ci ildə dövriyyədə təxminən 12 milyard manat var idisə, hazırda dövriyyədə 8 milyard manat var. Dövriyyədə pul kütləsinin azalması real sektorun inkişafına təsir edir. Ona görə, biz 2017-ci ildə real sektorun inkişafında artım gözləmirik. Elə etmək lazımdır ki, 2018-ci ildə real sektorda inkişafa nail olaq. Dövlət ötən 10 il ərzində çox işlər görüb. Bütün rayon və şəhərlərdə infrastruktur layihələr həyata keçirilib. İndi əhali, biznes və banklar da işləməlidir. Yəni banklar əhali ilə çox ciddi məsələləri həll etməlidir. Təəssüflər olsun ki, bank sistemində biz sağlamlaşdırma prosesini görmürük. Bank sisteminin kapitallaşması, likvidlik kimi məsələlər öz həllini tapmayıb”.

Millət vəkili Hesablama Palatasına müraciət edərək Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini yoxlamağı xahiş edib. “Bank Standard” bağlananda böyük problemlər yarandı. 43 minə yaxın insan 157 milyon manat vəsaitini ala bilmir. Bu il dövlət büdcəsindən 500 milyon manat Əmanətlərin Sığortalanması Fonduna vəsait ayırdıq. Hesablama Palatasından xahiş edirəm ki, bu 500 milyon manatın necə xərclənməsini yoxlasın. Əmanətlərin Sığortalanması Fondu 500 milyon manat vəsait alıbsa, niyə əhali əmanətlərini ala bilmir. Biz əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir. Bank sisteminin sağlamlaşdırması çox ciddi məsələdir”, – deyə o vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə – Sənədlərin qəbulu başladı

Next Post

Meşələri baltalayanlar tapıldı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Meşələri baltalayanlar tapıldı

Prezident Cinayət Məcəlləsinə dəyişikliklə bağlı qanunu imzaladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.