"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əhalinin siyahıyaalınması ilə bağlı Komissiya yaradıldı

20 Dekabr 2016 - 16:06
in XƏBƏR LENTİ

Azərbaycan Respublikasının Nazirlər Kabineti “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Qərar qəbul edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Qərara əsasən, 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb. Həmçinin Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiqlənib.

Komissiyasının sədri Baş nazirin müavini Elçin Əfəndiyev, Komissiya sədrinin müavini Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Komissiyanın katibi isə Statistika Komitəsi Aparatının rəhbəri Cabbar Musayev təyin olunub. Bundan başqa, Komissiyanın üzvləri isə maliyyə nazirinin müavini İlqar Fətizadə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, müdafiə nazirinin müavini Kərim Vəliyev, daxili işlər nazirinin müavini İsmət Əliyev, ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, xarici işlər nazirinin müavini Nadir Hüseynov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Bağırov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Azad Ələkbərov, Bakı şəhər icra hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Rəşad Nəsirov təyin ediliblər.

Qərara görə, Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması 2019-cu il 1 oktyabr tarixli saat 00:00 vəziyyətinə, sorğu yolu ilə aparılacaq. Əhalinin siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2018-ci il 1-10 oktyabr tarixlərində Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması keçiriləcək. Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsinə yerli icra hakimiyyəti orqanları və Dövlət Statistika Komitəsi məsuliyyət daşıyırlar. Dövlət Statistika Komitəsinin hesablamaları əsasında əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması, siyahıyaalmaya cəlb ediləcək şəxslərin əmək və xidmət haqlarının ödənilməsi və digər təşkilati məsələlərin həllini təmin etmək məqsədilə 2018-2022-ci illərin dövlət büdcəsində hər il müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq.

Dövlət Statistika Komitəsinə əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsini, yekunlarının işlənilməsini, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə siyahıyaalma qrupunun yaradılmasına icazə verilib. Qrupun fəaliyyəti Maliyyə Nazirliyi ilə 2017-2022-ci illər üzrə hər il üçün razılaşdırılmış işçilərin say həddi və əməkhaqqı fondu daxilində müddətli əmək müqaviləsi ilə işçilər cəlb olunmaqla təmin ediləcək.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının və siyahıyaalma məntəqələri işçilərinin xidmət haqlarının məbləğlərini müvafiq işçilərin vəzifə maaşları məbləğlərinə uyğunlaşdıraraq 1 (bir) ay müddətində təsdiq etməsi tapşırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının şəhər, rayon, şəhər rayonlarının icra hakimiyyətləri isə siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədilə 2016-cı ilin sonunadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavininin, şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçıları müavinlərinin sədrliyi ilə əhalinin siyahıyaalınmasına yardım komissiyaları yaradacaqlar.

Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə tabeliklərindəki rejimli obyektlərdə olan şəxslərin siyahıyaalınmasını və siyahıyaalma materiallarının Statistika Komitəsinə təqdim etməlidirlər.

Xarici İşlər Nazirliyinə isə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə işləmək, təhsil almaq və digər məqsədlərlə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə siyahıyaalınmasını və siyahıyaalma materiallarının Statistika Komitəsinə təqdim olunmasını təmin etmək tapşırılıb.

Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyətləri, şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti orqanları Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş qaydada və təyin olunmuş müddətdə mehmanxanalarda, qatarlarda, gəmilərdə, hava və dəniz limanlarında, vağzallarda və stansiyalarda hərəkətdə olan əhalinin siyahıyaalınmasının aparılması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıyaalma kadrlarına olan tələbatın ödənilməsi məqsədilə rayon (şəhər) məşğulluq orqanlarında işaxtaran kimi qeydiyyata alınmış uçot sahəsində səriştəsi olan vətəndaşların əhalinin siyahıyaalınmasının keçirilməsinə cəlb edilməsində Dövlət Statistika Komitəsinə köməklik göstərməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi öz xərcləri çərçivəsində şəhər, rayon və şəhər rayonlarının yaşayış məntəqələrinin 1:5000 miqyasında (ərazisi 10 kvadratkilometrə qədər olan yaşayış məntəqələrinin 1:2000 miqyasında) sxematik planlarını və rayonların 1:100000 miqyasında (əhalinin sıx yaşadığı ərazilərdə 1:50000 miqyasında) sxematik xəritələrini hazırlayıb kağız və elektron formada 2018-ci il sentyabr ayının 1-dək (Qəbələ rayonu üzrə 2017-ci il sentyabr ayının 1-dək) Dövlət Statistika Komitəsinə təqdim etməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Suriyanın taleyi həll olunur – Tarixi görüş başladı

Next Post

FHN Abutalıbovun çadırlarını sökdürür

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

FHN Abutalıbovun çadırlarını sökdürür

"Le Monde" Türkiyədən yazdı: ”III Dünya müharibəsi...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.