"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əhliman Əmiraslanov haqda heyrətamiz məlumatlar

23 İyul 2014 - 10:29
in XƏBƏR LENTİ

Tibb Universitetinin rektoru rəhbərlik etdiyi ali məktəbdə monopoliya yaradıb; “Onun rəhbərlikimg1608167 etdiyi Onkoloji Klinikada xəstələrin dərisini soyurlar”

Redaksiyamıza Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov haqda məktub daxil olub. Məktubu olduğu kimi dərc edirik:
“Böyük alimlər həmişə vəzifəni elmə qurban veriblər. Bu alimlərin bioqrafiyasına diqqət etdikdə görürük ki, onların heç biri nə siyasətlə məşğul olub, nə də dövlətdə vəzifə tutublar. 
Bəs bizdə necədir? Bizim üzdə olan alimlərimizin əksəriyyəti bir neçə vəzifə tutur, həm də siyasətlə məşğul olurlar. Hansı vəzifəni versələr yaşından asılı olmayaraq dərhal qəbul edirlər. Bunlardan biri də akademik Əhliman Əmiraslanovdur.
Əhliman Əmiraslanov millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universiteti onkologiya kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin onkoloji klinikasının ditrektorudur. O, həm də ATU-nun Tədris-Cərrahiyyə Klinikasına rəhbərlik edir. 1992-ci ildə Əbülfəz Elçibəyin Azərbaycan Tibb Universitetinə təyin etdiyi Əhliman Əmiraslanov indi də həmin universitetin rektorudur.
Başqa sözlə, Əhliman Əmiraslanov 22 ildir bu ali tibb ocağına rəhbərlik edir. Onun rəhbərliyi dövründə ali məktəb inkişaf etmək əvəzinə geriləyib. Bu ali məktəbin dünya tibb ali məktəblərinin reytinq cədvəlində adı yoxdur. Çünki tədris sovet tibb təhsilinin şinelindən hələ də çıxa bilməyib. Bu ali məktəbdə 20-30, hətta 40 il bundan öncə kafedra müdiri vəzifəsini tutanlar elə indi də yerlərindədirlər. Başqa sözlə, universitet yenilənmir. Belə çıxır ki, həmin kafedralarda kadr hazırlığı işləri aparılmır. Tam perspektivsizliyə düçar olmuş gənc və orta yaşlı alimlər ölkəni tərk edirlər. Universiteti regionçuluq başına götürüb. Diqqət edin, Əhliman Əmiraslanov indiyə qədər universitetin onkologiya kafedrasında müdir vəzifəsini tuta biləcək kadr yetişdirə bilməyib. Sual olunur, bu qədər vəzifələri tutan belə bir Azərbaycan alimi necə vaxt tapıb həm də kafedraya rəhbərlik edir?
Onun rəhbərlik etdiyi Onkoloji Klinikada vətəndaşların dərisini soymaqla yanaşı onlarda xəstəliklərinin müalicə olunmasına ümidsizlik yaradırlar. İnsanlar həftələrlə USM-dən keçmək üçün növbələrə dururlar. Əsəb gərginliyi, həkim etinasızlığı bu klinikanı başına götürüb. Ölkənin üzdə olan həkimlərindən biri olan Əhliman Əmiraslanov nədən başqa klinikaların USM-nə inanmır? Əməliyyatdan sonra xəstələrə müəyyənləşdirilmiş məbləğ xanım assistent və həkimlər tərəfindən alınır. Dəhşət burasıdır ki, verilən məbləğin müqabilində vətəndaşlara qəbz verilmir. Bütün bunların başında duran baş həkim Nəsimi Qasımovdur. O, şübhəsiz ki, direktorun tapşırığını yerinə yetirir. Bu klinikanın bayırda yerləşən ayaqyolusu dəmiryol vağzalının ayaqyolusuna bənzəyir. Orada da çox vaxt USM-də olduğu kimi növbə yaranır.
Azərbaycan vətəndaşlarının əlacsız qalmalarından istifadə edənlər onlara əzab verirlər. Alternativ olmadığı üçün hamı Əmiraslanovun klinikası deyib, durub.
Əhliman Əmiraslanovun üçüncü böyük gəlir yeri ATU-nun Tədris-Cərrahiyyə Klinikasıdır. Ölkə başçısı İlham Əliyevin bu yaxınlarda açılışını etdiyi bu klinika vətəndaşları xeyli sevindirmişdi. Ancaq bu belə olmada. Bura daxil olan xəstəyə dərhal kassanı göstərirlər. Qiymətlər isə od tutub yanır.
İndi Əhliman Əmiraslanovun monopoliyasında olanlara diqqət edin. Azərbaycan Dövlət Tibb Universiteti, Tibb Universitetinin Onkoloji Klinikası, ATU-nun Tədris-Cərrahiyyə Klinikası, Azərbaycan Milli Elmlər Akademiyasının biologiya elmləri bölməsi və s.
Bu yaxınlarda Tibb Universitetinin bir qrup tələbəsinin müraciəti yayılmışdı. Həmin müraciətdə deyilirdi:
“Dövlətimizin pul ayıraraq tikdiyi klinikanı (Tədris-Cərrahiyyə Klinikası) rektorumuz muzeyə çevirib. Yəni həftədə bir dəfə gedib oranı gəzirik. Sadəcə, gəzirik. Təcrübə üçün Yeni Kürdəxanı qəsəbəsindəki M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasına gedirik. Bizi universitetimizin qonşuluğunda yerləşən və müasir tələblərə cavab verən yeni klinikaya göndərmək əvəzinə, Yeni Kürdəxanı qəsəbəsində yerləşən və olduqca bərbad vəziyyətdə olan klinikaya göndərirlər. Sinif otaqlarımız acınacaqlı vəziyyətdədir. Heç bir şəraitimiz yoxdur. Gedib bir-iki saat sinifdə oturub gəlirik. Yol uzaq olduğundan çox vaxt müəllimlərimiz də dərsə gəlmir. Bu barədə bir neçə dəfə yığışıb universitetin rektoruna yazılı müraciət etmişik. Amma nə cavab almışıq, nə də ki problemin həlli istiqamətində hər hansı bir iş görülüb””.
***
Əhliman Əmiraslanov haqda redaksiyamıza başqa məlumatlar da daxil olub. Məsələn, onun Nəsimi Qasımovla başqa istiqamətlər üzrə heyrətamiz əlaqələrindən bəhs edən xəbər almışıq. Yaxın saylarda həmin xəbərin detallarını dəqiqləşdirib çap edəcəyik.
Xəbər xidməti
P.S. Yazıda qeyd olunanlarla bağlı Ə.Əmiraslanovun mövqeyini dərc etməyə hazırıq.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Niderland ordusu Ukraynaya girmək istəyir

Next Post

Bəzi rayonlarda axşamadək qaz olmayacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bəzi rayonlarda axşamadək qaz olmayacaq

Girovlarla bağlı Qarabağda danışıqlar başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.