"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əhməd Əhmədzadənin ətrafında Quliyevlər kabusu

27 Yanvar 2016 - 10:32
in XƏBƏR LENTİ

ehmed_ehmedzadeÖlkə mətbuatında daha çox tənqid olunan məmurlardan biri də “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadədir. Respublikada suvarma kanallarının, təsərrüfat su sistemlərinin istənilən səviyyədə qurulmamasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri sədri təqsirli bilirlər. Bu dövlət qurumu ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı çox ilginc faktlara və bşgicəlləndirici maxinasiyalara rast gəldik. Bu da səbəbsiz deyil. Çünki Əhmədzadənin rəhbərlik etdiyi ASC-də iş düzgün qurulmayıb. Birinci şəxs olduğu üçün Ə.Əhmədzadə daha çox diqqət mərkəzinə düşür. Onun müavinləri isə bu vaxta qədər mətbuatın gündəminə gəlməyiblər. Bu yazıda ASC sədri, müavinləri və gördükləri işlər barədə məlumatlar verəcəyik.
Məlumat üçün bildirək ki, cəmiyyət Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qurumun aparatı 84 nəfərdən ibarətdir. Onun strukturuna Bakı şəhərində və respublikanın rayonlarında yerləşən 134 idarə və təşkilat daxildir. Meliorasiya və su təsərrüfatı sistemində 22 min 300 nəfər işçi çalışır. ASC-yə sədrlik edən Ə.Əhmədzadə 1945-ci ildə Qax rayonunda anadan olub. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967- 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir. 2006-cı ildən isə qurumun sədri kimi fəaliyyət göstərir. Cumhuriyyet.az bildirir ki, 67 yaşı olmasına rəğmən, hələ ki, istefa ərizəsi yazmaq fikrində deyil. Bir neçə dəfə işindəki nöqsanlara görə yuxarıların hədəfinə çevrilən sədr hər dəfə vəziyyətdən çıxmağı bacarıb. Amma deyəsən, artıq səhhəti ona işləməyə imkan vermir. Bir müddət əvvəl infarkt keçirən Əhmədzadənin son vaxtlar işə düz-əməlli çıxmadığı bildirilir.
Həkimlər onun vəzifəsini icra edə bilməyəcək dərəcədə xəstə olduğunu deyirlər. İşə hər gün çıxa bilməməsi müavinlərinin işinə çox yarıyır. Bu müavinlərlə bağlı da cumhuriyyet.az olaraq mediada apardığımız araşdırmada ilginc faktlara rast gəldik. Məsələn, Quliyev Məmmədsadıq Zülqərneyn oğlu birinci müavindir. Azərbaycan Politexnik İnstitutunu bitirən məmurun 63 yaşı var. 1989 – 1998-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsində su ehtiyatları və sudan pullu istifadəyə nəzarət idarəsinin rəisi vəzifələrində çalışıb. 7 ildir birinci müavindir. M.Quliyev ASC-də əsasən su anbarlarının və magistral kanallarının istismarını kurasiyada saxlayır. Çünki bu sahəyə digərləri ilə müqayisədə daha çox pul ayrılır, həm də sənəd qeydiyyatında saxtakarlığa yol vermək çox asandır. Rafiq Aslanov da müavin vəzifəsini tutur. Füzuli rayonunda anadan olan məmur 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Sonuncu təhsil ocağına testdən kənar qəbul olduğu barədə bəzi məlumatlar var. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. Və 2006-cı ildə cəmiyyət yaranandan sonra sədr müavini kimi fəaliyyətə başlayıb. “Əməkdar mühəndis” adına layiq görülsə də, ortaya qoyduğu işlə bunu sübut edə bilmir. Aslanovun çörəyi isə bəndvurmadan çıxır. Hər il daşqın təhlükəsi ilə bağlı olaraq ASC-yə bəndvurma və bərkitmə işlərinin həyata keçirilməsi üçün milyonlar ayrılır. Lakin bu məbləğin bir hissəsi müavinin əli ilə sanki qeybə çəkilir.
Müavinlərdən biri də Quliyev Zakir Bəybala oğludur ki, onun haqqında daha çox məlumata sahibik. 1966-cı ildə Sabirabad rayonunda anadan olan Z.Quliyev 1998-2006-cı illərdə Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifələrində işləyib. ASC yaranan gündən isə müavin keçib. Araşdırmalara görə, Z.Quliyevin atası Bəybala Quliyev SSRİ dövründə, daha dəqiq desək, 1980-ci illərdə Sabirabadda 6 saylı sovxozun direktoru işləyib. Ancaq dövlət əmlakını taladığına görə, o vaxtkı Cinayət Məcəlləsinin 88.1-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. İndi belə bir insanın, dövlət əmlakını mənimsəyən cinayətkarın oğlunu Əhmədzadə özünə müavin götürüb. Gör, bu qurum nə vəziyyətdədir. Vaxtilə atası dövlətin malını viran edən şəxs heç vaxt qanuni şəkildə işləyə bilməz. O da nə vaxtsa atasının əməllərini təkrar edəcək.
Gələn saylarımızda Bəybalə Quliyevin övladları haqqında yazı dərc edəcəyik. Elçin və Namiq Quliyev qardaşlarının hansı vəzifələrdə çalışmasını sizlər də biləcəksiniz.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Larisa Məmmədovanın atası: “Daha ANS-ə baxmıram, xalqı təhqir etdilər”

Next Post

DYP-yə “Lifan” verilməlidir – Prezidentin qaldırdığı məsələ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

DYP-yə “Lifan” verilməlidir – Prezidentin qaldırdığı məsələ

Deputat: "Hökumət dollar kreditlərinə güzəşt üçün pul tapmalıdır"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.