İranın keçmiş prezidenti sosial şəbəkələrdə səhifələrini açır
İranın keçmiş prezidenti Mahmud Əhmədinejat öz adını daşıyan internet saytını yenidən fəallaşdırıb. ANS PRESS-in məlumatına görə, keçmiş prezident öz adına sosial şəbəkələrdə səhifələr də açıb.
O İran İnqilabının ildönümü münasibəti ilə bayram tədbirləri çərçivəsində ziyarətinə gələn jurnalistlərlə görüşündə saytından prezidentlik dövründə istifadə etdiyini, lakin sonradan bir müddət bağlı qaldığını deyib.
Prezidentliyi dövründə sosial mediadan istifadə etməyən prezident indi “Instagram” və “Google Plus” kimi şəbəkələrdə də var.
Qeyd edək ki, Əhmədinejatın yenidən aktiv siyasətdə yer almaq istəməsi barədə məlumatlar İran mətbuatında tez-tez yayılır. Ölkədə gələn ilin əvəllərində yenidən parlament seçkiləri keçiriləcək.
M.Əhmədinejat 2005-2013-cü illərdə prezident postunda əyləşib. Onun prezidentlik müddəti zamanı rüşvətlə bağlı iddialar da müntəzəm olaraq gündəmə gəlir. Hətta keçmiş prezidentin köməkçisi olan Məhəmməd Rza Rahimi rüşvət əməliiyatı ilə bağlı 5 il azadlıqdan məhrum edilib.
ANS PRESS



