"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əhmədzadələrin özəlləşdirdiyi rayon

15 Dekabr 2014 - 11:59
in SOSİAL

Qax rayonunun bütün vəzifələri, turizm və biznes sahələri nəzarət altındadır

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

1Qax rayonundan verilən məlumata görə rayonun bütün turizm sahələrini nəzarətinə alan Meliorasiya və Su təsərrüfatı ASC rəhbəri Əhməd Əhmədzadə hazırda Qaxın mərkəzi küçələrində ticarət obyektləri tikdirir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkəliyev tikilən obyektlərə şəxsən özü nəzarət edir və görülən işlərlə mütəmadı olaraq maraqlanır. Qeyd edək ki, Musa Şəkəliyevin Əhməd Əhmədzadə ilə qohumluq əlaqələri var və icra başçısı vəzifəsinə məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin havadarlığı ilə gətirilib.

Bizə daxil olan məlumatda göstərilir ki, Qax, Zaqatala və Balakən rayonlarında möhkəmlənən Əhmədzadələr bu regionda müxtəlif turizm obyektlərinə, otellərə, restoranlara və çoxlu sayda müxtəlif sahəli obyektlərə sahibdirlər. Məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə adı çəkilən rayonlarda bütün biznes sahələrinə Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə nəzarət edir. Bildirilir ki, Qax, Zaqatala və Balakən rayonlarındakı bütün biznesa sahələri, obyektlər, otellər və tikilməkdə olan mağazalar Cuma Əhmədzadənin adına olan “Uluyurd” MMC şirkətinin nəzdindədir. Qeyd olunur ki, hazırda Qax rayonunda olan”El Resort beş ulduzlu otel, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz” ” Eden” park hotel, “Səngər qala” istirahət mərkəzləri, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu” ponteonatı və “Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadəyə məxsusdur. “El Resort” otelində bir gecənin ən ucuz qiyməti yaya aylarında 120 manatdan başlayır. Yuxarıda qeyd etdiyimiz istirahət mərkəzləri və turizm obyektləri yay aylarında turist sayından bol olması və qiymətlərin od tutub yanması ilə seçilirlər. Amma ASC sədrinin oğlunun ildə əldə etdiyi milyonlarla manat gəlirlərdən dövlətə çox cüzi vergi verdiyi qeyd olunur.

Qeyd edək ki,hazırda Zaqatala rayon icra hakimiyyətinin başçısı olan Ə.Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə əvvəlcə Qax rayonunun İH başçısı olub. M. Şəkiliyev Əhmədzadələrin xalası oğludur. Ümumiyyətlə, bu nəsildə vəzifəni bir-birinə ötürmək ənənəsi var. Məsələn, Əhmədzadələrin digər qardaşı Fərman Əhmədzadə Qax Rayon xəstəxanasının baş həkimi olub. Keçən il kabinetində ürək tutmasından həyatını dəyişən Fərman Əhmədzadənin yerinə oğlu Tərlan Əhmədzadə keçib. Qayıdaq Qaxın hal-hazırkı icra başçısı Musa Şəkiliyevə.Demək olar ki, xalaoğlu Şəkiliyev Əhmədzadələrin əlində boş fiqurdur, Qax yenə də tamamən onların nəzarətindədir. Amma yerli camaat Musa Şəkiliyevdən çox narazıdır. Əhali ona rayonun başçısı yox, bir nömrəli biznesmeni adını verib.Belə ki, Qaxın meşələri hesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev ailə ənənələrinə uyğun olaraq rayondakı ən böyük müəssisə olan “Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək böyük gəlir əldə edir.

Rayonda Əhmədzadələrin də böyük biznesi olduğunu nəzərə alsaq, Musa Şəkiliyevə fəaliyyət üçün çox az sahə qalıb. Buna görə də icra başçısı xüsusi amansızlıqla əhalini istismar edir. Xüsusən də İlisunun kurort zonası tanınması üçün çalışan ailə yerli camaatın burda hər hansı sahibkarlıqla məşğul olmasına imkan vermir. Xırda sahibkarlıqdan dolanan əhali indi bundan da məhrum olub. Yerli əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satılması da qadağan olunub. Bu iş sadəcə icra başçısının monopoliyasına alınıb. Əhalinin şikayət edəcəyini bildiyinə görə, icra başçısı Musa Şəkiliyev onların Qaxda İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpünün açılışında iştirak edən Prezident İlham Əliyevə yaxınlaşmasına imkan verməyib.

İlisu kəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov keçmiş icra başçısı Mübariz Əhmədzadənin qızının baldızı əridir. Mübariz Əhmədzadənin kürəkəni Elyar isə Rabitə Nazirliyində məsul vəzifədədir. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qax Rayon Şöbəsinin müdiri Vüqar Əhmədzadə də bu nəsildəndir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD Avstraliyaya hücuma keçdi

Next Post

Bakıda baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Bakıda baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub

Bu gün Bakının bir hissəsinə su verilməyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.