İranın keçmiş vitse-prezidenti həbsxanaya aparılıb
İranın keçmiş vitse-prezidenti Mohammad Reza Rahimi korrupsiyaya görə həbs olunub.
ANS PRESS-in İRNA agentliyinə istinadla verdiyi xəbərə görə, polis onu fevralın 15-də Tehrandakı evindən götürüb və cəzasını çəkmək üçün Evin həbsxanasına aparılıb.
İran Ali Məhkəməsi bu ilin yanvarında M.R.Rahimini beşillik cəzaya məhkum edib. O, həm də 300 min dollar cərimə və 800 min dollar kompensasiya ödəməlidir.
Xatırladaq ki, keçmiş prezident Mahmud Əhmadinejadın baş köməkçisi olan və “sağ əli” sayılan Mohammad Reza Rahimi İran tarixində məhkum olunmuş ən yüksək rütbəli vəzifəli şəxsdir.
ANS PRESS



