İŞİD liderinin maliyyə işlərindən cavabdeh köməkçisi Mosulu bombalanması zamanı məhv edilib
İŞİD-in lideri Əbubəkr əl-Bağdadinin ən yaxın köməkçisi, “sağ əli” adlandırılan Vəsam Fəlah əl-Şəməri öldürülüb. Bu barədə İraqın “Rudav” kürd saytına Kürdüstan Demokrat Partiyasının Mosul təşkilatının rəhbəri İsmət Rəcəb məlumat verib. İ.Rəcəb bildirib ki, əl-Bağdadinin maliyyə işləri üzrə müavini əl-Şəməri ötən gün koalisiya aviasiyasının Mosulun Dəvasa bölgəsini bombaladığı zaman öldürülüb.



