Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkəsinin Fransa müstəmləkə dövrünü (1830-1962) araşdırmaq üçün Əlcəzair-Fransa müştərək tarixçilər komitəsinin təyin edildiyini açıqladı.
Elchi.az xəbər verir ki, bu barədə Tebbun Fransa müstəmləkəçiliyinə son qoyulması üçün Əlcəzairdə 11 dekabr 1960-cı ildə başlayan müstəqillik nümayişlərinin ildönümü münasibətilə açıqlama verib.
Noyabr ayında 5 Əlcəzairli tarixçinin fransız həmkarları ilə müstəmləkə dövrü fayllarını araşdırmaq üçün təyin edildiyini xatırladan Tebbun, Fransa tərəfi ilə yüksək səviyyəli görüşlər çərçivəsində belə bir ortaq komitənin yaradıldığı qənaətinə gəldiyini bildirdi.
Tebbun bildirdi ki, Əlcəzair və Fransız tarixçilərindən ibarət müştərək komitəyə Fransanın müstəmləkəçilik dövrünə aid faktları aşkara çıxarmaq, hərtərəfli araşdırma və təhlillər aparmaq tapşırılıb.
Şayəstə





