"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Abbasov evindən oğurlanan 1 milyon dolları dandı

13 Fevral 2016 - 14:20
in CƏMİYYƏT MANŞET, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bir sıra internet informasiya resurslarında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Goradildəki bağ evindən oğurluq edildiyi barədə informasiyalar yayılıb.

Nazirin evindən nə az, nə çox, 1 milyon manat pul oğurlanıb. Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızıb. Yəni bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.

Yayılan məlumatlarda hadisə ilə bağlı araşdırmanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən aparıldığı və oğruların saxlanıldığı bildirilib. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtilə azadlığa buraxılmalarına şərait yaradacağını təklif edib. Amma oğrular bu təklifdən imtina ediblər və hazırda da cəzaçəkmə müəssisələrindədirlər.

Nazir onun barəsində yazılan məlumatlara belə münasibət bildirdi.

“Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı, həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil”, – deyə sabiq nazir qeyd etdi.

Əli Abbasov onu da əlavə etdi ki, onun, həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.

Müstəqil Azərbaycanın ilk Rabitə və yüksək texnologiyalar naziri olan Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. Bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında aspiranturada təhsilini davam etdirib.

1994-cü ildə 05.13.14 – “İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə dissertasiya müdafiə edərək və texnika elmləri doktoru adını alıb. 1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il Sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib. Ötən il noyabrın 12-də isə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib.

Ailəlidir, iki övladı var.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dmitri Medvedevdən etiraf: “Vəziyyət çətindir”

Next Post

Bakıda səfirliyin xanım əməkdaşı qəzaya düşdü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda səfirliyin xanım əməkdaşı qəzaya düşdü

16,4 milyonluq dövlət istiqrazları alınıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.