"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Həsənov: Bizə belə demokratiya lazım deyil

05 İyun 2015 - 13:33
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Oyunlar Azərbaycanın tarixinə yazılacaq”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov KİV rəhbərləri ilə görüş keçirib.

APA-nın məlumatına görə, bir neçə gündən sonra Birinci Avropa Oyunlarının başlanacağını xatırladan Ə.Həsənov bu kampaniyanı peşəkar səviyyədə işıqlandırdığına görə media rəhbərlərinə təşəkkür edib.

O deyib ki, ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycan tarixinə yazılacaq hadisədir:

“Kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, bu, tarixi hadisədir. Münasibətlər gəldi gedərdir. BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz kimi, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də tarixi hadisədir”.

Ə.Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan mətbuatının 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam verib və sərəncamda Tədbirlər Planının hazırlanması nəzərdə tutulub:

“Bu Tədbirlər Planını KİV rəhbərləri ilə müzakirə etməyi zəruri saydıq”.

O, görüşün nəticəsi olaraq Tədbirlər Planı ilə bağlı tövsiyələrin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim ediləcəyini və Tədbirlər Planının təsdiq olunacağını bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, mətbuatın 140 illiyinin keçirilməsi ilə bağlı sərəncamda mətbuatımızın 140 illiyinə baxış var, mətbuatın indiki və gələcək durumu, demokratik proseslərdə rolu önə çəkilir:

“Bu, mətbuatımıza çox böyük qayğıdır, dövlət başçısına təşəkkürümü bildirirəm. Mətbuatın 130, 135 illiyi və 140 illiyi  ilə bağlı verilən sərəncamlar mətbuatın bayramına çevrilir. Mətbuatımızın 130 iliyi ilə bağlı sərəncamla “Əməkdar jurnalist” və digər fəxri adlar bərpa olundu. Mətbuat Şurasına fəxri ad almaqla bağlı müraciətlər daxil olur. Ancaq biz bilmirik ki, hansı parametrlərlə o jurnalistləri seçməliyik. Elə jurnalistlər var ki, 40-50 ildir çalışırlar, ancaq nədənsə çəkinirlər, müraciət etmirlər. Eləcə də müxtəlif qurumların mətbuat xidmətlərində çalışanlar var”.

Ə.Amaşov Avropa Oyunlarına qarşı çıxanlarla mübarizəyə səfərbər olduqlarını qeyd edib:

“Azərbaycan jurnalistikası Birinci Avropa Oyunlarının ayrı-ayrı məqamlarının tarixdə qalması üçün fəaliyyət göstərəcək. Ancaq sosial şəbəkələrdə problemlərə rast gəlinir. Məsələn, sosial şəbəkədə profili açılıb, orada Vahid Mustafayevi, məni, Arif Alışanovu, Bəxtiyar Sadıxovu və digərlərini ittiham edirlər ki, guya hakimiyyət bizi ömürlük icarəyə götürüb. Azərbaycan “Facebook” və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanmalıdır. İnsanların ailələri, qohumları var, belə məqamlara yol vermək olmaz”.

Ə.Həsənov isə belə hallara fikir verməməyi tövsiyə edib:

“Belə hallara fikir verməyin. Bunları idarə edən qərb dövlətlərində öz liderləri ilə bağlı belə saytlara, profillərə rast gələrsiniz? Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsində uduzan “Guardian” qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa, nə baş verərdi, bu, necə qiymətləndirilərdi?

BMT-nin İnsan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil. Azərbaycanda sağlam jurnalistika həmişə belələrinə qarşı olub və olacaq. Sosial şəbəkələrdə təhqiramiz hallara yol verənlər öz mahiyyətlərini ortaya qoyur”.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi ilə bağlı Zərdab rayonundan başlayacağını nəzərə çatdırıb. Birinci Avropa Oyunları ilə bağlı Milli Olimpiya Komitəsi ilə birgə jurnalist müsabiqəsinin keçiriləcəyini söyləyən V. Səfərli Azərbaycanda mətbuata dəstək istiqamətində görülən işlərdən, Fond tərəfindən qəzetlərə ayrılan yardımlardan söz açıb. O, bundan sonra da bu istiqamətdə yardımların davam etdiriləcəyini söyləyib.

Ə.Həsənov bildirib ki, yubiley tədbirlərinin keçiriləcəyi bölgələr müəyyənləşdirilməlidir:

“Jurnalistlərin mükafatlandırılması məsələsi də kifayət qədər mürəkkəbdir. Orden və medallarla bağlı standartlar var. Jurnalsit ən azı 10 il səmərəli fəaliyyət göstərməlidir ki, ona “Tərəqqi” medalı verilsin. Jurnalistlərə ev verilərkən də layiqli olanları seçməyə çalışdıq. Redaksiyalara da müəyyən səlahiyyətlər verməliyik ki, mükafatlandırma ilə bağlı təkliflər versinlər. Dövlət başçısı mütəmadi olaraq xidmətlərinə görə jurnalistləri mükafatlandırır, ancaq yubileylər dövründə bu siyahı geniş olur. Bölgələrdə tədbirlərin keçirilməsi, Bakı Dövlət Universitetində elmi-praktiki konfrans təşkil olunması nəzərdə tutulub”.

Tədbirdə Mətbuat Muzeyinin yaradılması da təklif edilib.

Ə.Həsənov medianın 140 illik yubileyinə xüsusi diqqət yetiriləcəyini bildirib:

“Hər bir xalq dünyada məşhur nümayəndələri, uğurları ilə tanınır. Şərqdə ilk dəfə qadınla kişiyə seçki hüququnun verilməsi Azərbayanın brendidir, bunu dünyaya çatdırmalıyıq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi, Birinci Avropa Oyunlarının keçirilməsi bizim uğurumuzdur. Bəziləri müsəlman ölkəsi olan Azərbaycanın uğurlarından əndişə keçirir. Biz nəzərə çatdırmallyıq ki, Azərbaycan uğurları ilə Qərb dövlətlərindən geri qalmır. Biz dünyaya çatdırmalıyıq ki,  Azərbaycan mediasının durumu subyektiv mülahizə ilə çıxış edən “komissarlar”ın, “sərhədsizlər”in göstərdiyi kimi deyil”.

11:47

İlk Avropa Oyunları Azərbaycan tarixinin önəmli bir hadisəsidir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycanın KİV rəhbərləri ilə görüşündə deyib.

Ə.Həsənov bildirib ki, birinci Avropa Oyunları birbaşa Azərbaycan tarixinə yazılan hadisədir.

PA rəsmisi deyib ki, bu gün kimin nə münasibət bəsləməsindən asılı olmayaraq Avropa Oyunları yüksək səviyyədə keçiriləcək:

“Bu Oyunlar Azərbaycanın tarixinə yazılacaq. İlk Avropa Oyunlarının tarixinin Azərbaycandan başlanması mühüm bir hadisədir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Güclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək

Next Post

Metro 24 saat işləməyəcək – Açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Metro 24 saat işləməyəcək - Açıqlama

ABŞ nüvə raketlərini Rusiyaya tuşlayacaq, Azərbaycan isə “bufer zonada” yer alacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.