"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Həsənov: Ermənistanda baş verən hadisələr xalqın hazırkı cinayətkar və anti-xalq rejiminə qarşı üsyanıdır

25 İyun 2015 - 15:21
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

alihasanov

“Ermənistandakı kütləvi aksiyalar erməni xalqının cinayətkar və anti-xalq Serj Sarkisyan rejiminə, bu hakimiyyətin dövründə sosial problemlərin milli fəlakət səviyyəsinə yüksəlməsinə, korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsinə, anti-demokratik üsul-idarəçiliyə, insanların haqq səsinin boğulmasına və onların kütləvi şəkildə ölkəni tərk etməsinə qarşı üsyandır”.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ermənistanda iyunun 20-dən başlayan etiraz aksiyaları ilə bağlı sualı cavablandırarkən belə deyib.
Əli Həsənov qeyd edib ki, etiraz aksiyasının hakimiyyət qüvvələri tərəfindən sərt şəkildə və xüsusi amansızlıqla dağıdılması bu ölkədə anti-demokratik durumun əyani göstəricisidir: “Yüzlərlə insan döyülmüş, onlara fiziki xəsarət yetirilmiş, zorakılıq tətbiq olunmuşdur. Aksiyanın dağıdılması üçün xüsusi texniki vasitələrdən geniş istifadə olunmuşdur. Hətta aksiyanı işıqlandıran jurnalistlər, həmçinin hüquq müdafiəçiləri polis və xüsusi xidmət orqanları əməkdaşlarının zorakılığına məruz qalmış və həbs olunmuşlar. Ermənistan hakimiyyəti xalqın qəzəbindən qorxaraq ən qəddar vasitələrə əl atmışdır”.
Prezidentin köməkçisi qeyd edib ki, adətən Azərbaycanda kiçik bir hadisəni şişirdərək rəsmi strukturlar səviyyəsində münasibət bildirən Qərb dairələrinin susqunluğu təəccüb doğurmaya bilməz: “Azərbaycanda hansısa kiçik bir məsələyə ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, ayrı-ayrı Avropa dövlətlərinin rəsmi qurumları səviyyəsində münasibət bildirən Qərbin Ermənistanda baş verən ciddi qanun pozuntularına, vətəndaşlara, KİV nümayəndələrinə, hüquq müdafiəçilərinə qarşı qəddar davranışa dair davamlı susqunluğu diqqəti cəlb edir. Azərbaycanda konkret cinayət əməli törətmiş hansısa şəxsin həbsini Dövlət Departamenti səviyyəsində tənqid edən ABŞ hökuməti Ermənistandakı hadisələrə bu ölkədəki səfirliyi vasitəsilə münasibət bildirdi. Münasibətin özü də daha çox beynəlxalq ictimaiyyətin diqqətini məsələnin mahiyyətindən yayındırmaq cəhdindən başqa bir şey deyildi.
Həmin gün AŞPA-nın plenar sessiyasında Azərbaycanı tənqid edən bəzi avroparlamentarilər özlərini elə apardılar ki, sanki Ermənistanda heç bir hadisə baş vermir. Qərb mediası məsələni səthi işıqlandırmaqla kifayətləndi, beynəlxalq QHT-lər isə ümumiyyətlə bu hadisəyə toxunmadılar. Azərbaycana qarşı qərəzli münasibətilə seçilən “Freedom House” təşkilatı Ermənistanda aksiyaçılara divan tutulduğu gün hesabat yayaraq, bu ölkəni az qala “demokratiya nümunəsi” kimi təqdim etdi.
Bütün bunlar Qərbin ikili standartlar, ayrı-seçkilik siyasətinin göstəricisidir. Bir ölkəyə qarşı planlı şəkildə, davamlı olaraq qarayaxma kampaniyası təşkil olunduğu halda, digər qonşu ölkədə etiraz aksiyasının amansız şəkildə dağıdılmasına, insan haqlarının tapdanmasına göz yumulması başqa cür adlandırılan bilməz”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rufiz Qonaqov: “Rüstəm İbrahimbəyova Azərbaycan siyasətində yer yoxdur”

Next Post

Dünyanın ən böyük özəl mülkü satılır – Foto

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Dünyanın ən böyük özəl mülkü satılır - Foto

Türkiyədə nazirliklər bölünəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.