Görüşdə hər partiyadan iki nəfər iştirak edir və dialoq mətbuata qapalı keçirilir
İqtidar və müxalifət partiyaları arasında bu günə nəzərdə tutulmuş dialoq artıq başlayıb. Əməkdaşımızın BMM-dən verdiyi xəbərə görə, görüşə nəzərdə tutulduğundan daha çox siyasi partiya təmsilçiləri gəlib. . Belə ki, iqtidar-müxalifət görüşünün 8 partiya arasında keçirilməsi nəzərdə tutulsa da, görüşdə, dialoqda iştirak etmək istəyənlər çoxdur.
İqtidar düşərgəsini Prezident Administrasiyasnın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başda olmaqla nümayəndələr təmsil edir.
Əməkdaşımız bu durumla bağlı Ümid partiyasının sədri İqbal Ağazadənin rəyini soruşub. İ.Ağazadə cavab verib ki, onlar da belə bir situasiyanın yaranacağını gözləmirmişlər və bunun səbəbini soruşacaqlar.
Hesab olunur ki, bu formatda keçirilən dialoq konstruktiv olmayacaq və faydalı dialoq aparmaq çətin olacaq.
“Yeni Müsavat”ın reportyoru Cavansir Abbasovun verdiyi məlumata görə, toplantı başladıqdan bir az sonra mətbuat nümayəndələri zaldan çıxarılıb, görüşün qapalı keçirilməsi nəzərdə tutulub. Tədbirdə hər partiya sədrindən əlavə bir nəfər nümayəndə qalmaqla yerdən qalan hər kəsin zalı tərk etməsi xahiş olunub. Giriş sözü ilə çıxış edən Əli Həsənov müxalifətlə dialoqda olan hakimiyyətin daima güclü olduğunu bildirib: “Bu gün ölkəmizin aparıcı müxalifət partiyalarının bir qrupunun təşəbbüsü ilə görümüz keçirilir. Bundan əvvəl də bu tip görüş olmuşdur. İstədiyimiz mövzuda fikir mübadiləsi aparacağıq. Biz daim dialoqa hazır olmuşuq”.