"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Həsənov: «Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittiham edənlər yaxınlaşır»

19 Dekabr 2014 - 23:27
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

«Azərbaycan ABŞ-la münasibətləri qorumaq və inkişaf etdirmək istiqamətində daha ölçülü-biçili, düşünülmüş addımlar atır. Qarşı img1706640tərəfin bəzi dairələri, o cümlədən ABŞ-ı təmsil edən bəzi QHT-lər, insan haqları qurumları və KİV-lər iki ölkənin münasibətlərinə kölgə salan fəaliyyətlə məşğul olurlar».
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ dövlət katibinin köməkçisi Tom Malinowskinin Azərbaycan haqda dediklərinə münasibət bildirərkən belə deyib.
Əli Həsənov Mediaforum saytına söyləyib ki, Tom Malinowskinin müsahibəsində əksini tapan fikirlər həqiqəti əks etdirmir:
«Azərbaycan demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi məsələlərdə öz prinsiplərinə davamlı olaraq sadiq qalıb. Buna baxmayaraq, kimlərsə Azərbaycanın etmədiyi, ölkəmizdəki reallıqlara uyğun olmayan məsələləri bizə təlqin etməyə çalışır.
Hesab edirəm ki, qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı qırmızı xəttə yaxınlaşmaqda ittiham edən qurumların özləri daha çox yaxınlaşırlar. Azərbaycan öz öhdəliklərinə hər zaman sadiq olub, bu gün də sadiqdir. Bunun əksini iddia edənlər… ABŞ-ın həmin dairələrinin və onun müttəfiqi olanların Azərbaycanla bağlı öhdəliklərinə necə yanaşmasına da baxsınlar».
«AZƏRBAYCANDA BAŞ VERƏNLƏRİ BAŞA DÜŞMƏK ABŞ-A ÇOX ÇƏTİNDİR»
Tom Malinowski AzadlıqRadiosunun rusdilli «Nastoyaşeye vremya» teleproqramına müsahibəsində deyib ki, ABŞ, jurnalist Xədicə İsmayıl da daxil, Azərbaycanda öz fikrini dinc yolla ifadə etdiyinə və jurnalist fəaliyyətinə görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını istəyir:
«Hazırda Azərbaycanın yüksək rəhbərliyi səviyyəsində ciddi müzakirələr aparırıq. Onlar başa düşürlər ki, vətəndaş cəmiyyətini boğmaqla müstəqillik qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükəyə atırlar».
Tom Malinowski onu da əlavə edib ki, Azərbaycan 20 ildən artıqdır ABŞ-la yetərincə yaxşı münasibətlərdə olub. Bununla belə o deyib ki, son aylarda Azərbaycanda baş verənləri başa düşmək ABŞ-a çox çətindir:
«Bu addımlar bizim münasibətləri sual altına qoyur. İndi Azərbaycan hakimiyyəti ilə müzakirələrdə bunu imkan daxilində onlara daha aydın çatdırmağa cəhd edirik».
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vəhhabilərin qətlə yetirdiyi MTN polkovniki

Next Post

Neftin qiyməti artır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Neftin qiyməti artır

Ən çox “bomj”u olan ölkələr - bu sırada Azərbaycan neçənci yerdədir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.