"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Həsənovdan maraqlı təklif

26 Noyabr 2014 - 11:00
in SİYASƏT

Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İran İslam Respublikasına səfəri çərçivəsindəd096865929e62168df7e755744f2a7d8 İranla Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin əsaslı şəkildə artırılması, viza, gömrük sisteminin sadələşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Ə.Həsənov deyib ki, Azərbaycan İranı özünün yaxın dostu hesab edir və bütün sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf etməsinə çalışır. Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov hələ 2002-ci ildə İrana səfəri zamanı bu komissiyanın sabiq rəhbəri ilə görüşdüyünü və onunla olduqca vacib məsələlərin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, İran-İraq müharibəsi dövründə İran da qaçqınlar problemi ilə qarşılaşdığından, İranın qaçqınlarla iş üzrə böyük təcrübəsi var və bu sahədə təcrübə mübadiləsinin aparılması faydalı olar. Ə.Həsənov müştərək komissiyada humanitar sahədə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində də yaxından əməkdaşlığın zəruri olduğunu söyləyib, bu iki məsələnin komissiyada müzakirəsini təklif edib.

 

Görüşdə qeyd edilib ki, Ordubad-Marazad və Xudafərində “Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi də zəruridir. Tərəflər ölkələrimiz arasında ticarət dövriyyəsinin 500 milyon dollar həcmində olmasını qənaətbəxş saymayıb. Həm Azərbaycanın, həm də İranın iqtisadi və istehsal potensialı ölkələr arasındakı ticarət dövriyyəsinin həcminin dəfələrlə yüksəldilməsinə imkan verir. Ə.Həsənov Mahmud Vaizini Azərbaycana səfərə dəvət edib.

 

M.Vaizi İran və Azərbaycanın prezidentlərinin cari ildə müxtəlif dövlətlərdə 4 dəfə görüşərək, ölkələrimiz arasındakı dostluq əlaqələrini müzakirə etdiklərini xatırladıb. Hər iki dövlət başçısı siyasi iradə nümayiş etdirərək əlaqələrin inkişafında yeni mərhələnin əsasını yaradıblar. Narkotik maddələrin qaçaqmalçılığının qarşısının alınması, humanitar sahədə təcrübə mübadiləsi və əməkdaşlığın qurulması haqqında Ə. Həsənovun təkliflərini yüksək qiymətləndirən M.Vaizi bu məsələlərin komissiya tərəfindən araşdırılacağını bildirib. M.Vaizi diqqətə çatdırıb ki, İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasının vəziyyətini başa düşür, Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər rəsmi Tehran Azərbaycan hökumətinin hazırda blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası ilə bağlı bütün xahişlərinə əməl edəcək. Söhbət zamanı həmçinin ticarət, bank, özəl sektorlar arasındakı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov və Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ən bahalı mobil telefonlar – Şok qiymətlər

Next Post

Bolqarıstanda islamçılara qarşı reyd

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Bolqarıstanda islamçılara qarşı reyd

Bu gecə Qaraçuxur məscidi yandırılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.