"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

19 Dekabr 2020 - 00:13
in MANŞET

–Əli bəy , Elçibəy hökumətinin süqutunda öz qorxaqlığı, şəriştəsizliyi, xəyanəti ilə müstəsna rol oynamış, qiyamçı Surət Hüseynovu tərkisilah etməli olduğa halda onunla çay içməyə gedən, söhbətləri alınmayanda dediyinə görə sonuncu tərəfindən döyülüb zirzəmiyə atılan İsa Sadıqov yeri gəldi – gəlmədi Qüdrət bəyə böhtan atır, aşağılamağa çalışır. Onun Qüdrət bəyə bu xüsusi münasibəti nədən qaynaqlanır?

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

-Əslində sualınızla onun kim olduğunu söylədiniz? O Rusiya ordusuna sədaqət andı içmiş birisidir. SSRİ dağılandan və Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən sonra da o Rusiya ordusunda xidmətdə olmuşdur. Yalnız 1992-ci ildə Azərbaycana göndərilmişdir. Prezident Elçibəyin tapşırığı ilə Surətin dəstəsini tərkisilah etməli olduğu halda tabeçiliyindəki əsgər və zabitləri başsız qoyaraq onların Surətin dəstəsi tərəfindən əsir götürülməsinə şərait yaratmışdır. Sonra öz xəyanətinə haqq qazandırmaq üçün bəyan etmişdir ki, o Surətlə çay içib danışmaq istəmiş, amma Surət onu vəhşicəsinə döyərək zirzəmiyə salmışdır. Amma çox qəribədir ki, Surət onu tərkisilah etməyə getmiş digərlərini həbs etdirdiyi halda o vəzifəsində qalmış, hətta müdafiə nazirinin müavini olmuşdur. Yalnız 1995-ci ildə o ordudan təxris olunmuş, bir müddət sonra isə xüsusi missiya ilə Avropaya göndərilmişdir. Həmin vaxt ,1993-cü ilin iyununda , mən Gəncədə olmuşam və çox şeyi bilirəm. Yaxşı olar ki, o bu məsələyə aydınlıq gətirsin. O kimi xoşlamırsa onu təhqir edir. Bu tərbiyə məsələsidir. Həm də onun psixi problemi var. Danışdıqca səsini qaldırır,tər basır, özünə nəzarəti itirir, ağlına və ağzına gələni danışır. Özünə tənqid hissini itirmiş bu ünsür, özünü hamıdan ağıllı, hamıdan vətənpərvər kimi təqdim etməyə çalışır. Qüdrət bəyi hədəf seçməsinin əsas səbəbi Qüdrət bəyin uzun illər Qarabağı azad etmək üçün danışıqları Ermənistanla yox,Rusiya ilə aparmaq lazımdır deməsindədir. Onun ağzı köpüklənə-köpüklənə Rusiya əleyhinə danışması da sadəcə iz itirmək üçündür. Norveçə də avtobus sürməyə ona görə göndərilib ki, Avropadakı dissidentlərin etimadını qazanıb onlardan Qərbin regionla bağlı planları barədə məlumat toplayıb mərkəzə göndərsin.O ölüncə Rusiya hərbi sənaye kompleksinə bağlı müəyyən dairələrə xidmət edəcəkdir. Bu gün ona ağaları tərəfindən şofer işləmək rəva görülübsə, sabah tualet təmizləmək də tapşırıla bilər. Xalqımlz bu adamı tanımalıdır.

Aktual.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

MÜHARİBƏNİN GÖRÜNMƏYƏN QƏHRƏMANLARI

Next Post

Paşinyan: “Gələcəyi qurmaq üçün keçmişdə gedilən yanlış yolları təkrarlamamalıyıq”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Paşinyan xalqa müraciət etdi və Köçəryanı yıxıb-sürüdü

Paşinyan: "Gələcəyi qurmaq üçün keçmişdə gedilən yanlış yolları təkrarlamamalıyıq"

“Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir” – Putin

Putin Qarabağla bağlı dəqiq dedi: ermənilər anlamır - Tarasov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.