Parlament seçkilərində iştirak etmək niyyətində olan “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyevin namizədliyi qeydə alınıb.
AİM.Az xəbər verir ki, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən tanınmış jurnalistin namizədliyi BütövAzərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb.
Qeyd edək ki, hazırda həmin seçki dairəsindən 11 namizəd millət vəkili olmaq uğrunda mübarizə aparır.



