"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli İnsanov YAP-a qayıdır

08 İyul 2023 - 15:08
in Cebhe-banner

Keçmiş Səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasının (HƏP) ətrafında yaranmış ajiotaj səngimək bilmir. HƏP-in Abşeron və Culfa təşkilatlarından 500-dən çox adamın istefa verməsi bu partiyanın perspektivi ilə bağlı şübhələr yaradıb.

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Xatırladaq ki, bununla bağlı HƏP-in İdarə Heyətinin üzvü Murad Bayramoğlu özünün “Facebook” səhifəsində məlumat yayıb.

Siyasətçi iddia edib ki, HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) və Culfa rayon təşkilatının 120 üzvü imzalarını geri götürməklə partiyadan istefa verib.

Qeyd edək ki, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli ötən gün müxbirimizlə söhbət zamanı bu barədə danışmaq istəməyib. Məclis sədri “gələn də olur, gedən də” deməklə kifayətlənib.

Aldığımız məlumata görə, özünü əvvəl radikal, sonra konstruktiv müxalifət partiyası elan edən HƏP-də sular bulanıb. Buna səbəb kimi HƏP sədri, keçmiş siyasi məhbus Əli İnsanovun sürüşkən siyasi mövqeyə sahib olması göstərilir. Partiyadakı mənbələrdən aldığımız məlumata görə, həm mərkəzi strukturlarda, həm də rayon təşkilatlarında təmsil olunan HƏP-çilər rəhbərliyin fəaliyyətindən narazıdır. Onlar siyasi hakimiyyətlə mübarizə aparmaq, gələcəkdə hökumətdə yüksək post tutmaq üçün Əli İnsanovun ətrafında birləşsələr də, artıq xəyal qırıqlığına uğradıqlarını bildirirlər. İndi partiya kuluarlarında tez-tez “Əgər belədirsə, gedib YAP-a üzv olaq” məzmunlu fikirləri eşitmək mümkündür.

Elchi.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Abşeron və Culfa təşkilatlarından üst-üstə 572 nəfərin istefa verməsi HƏP üçün ciddi problem yarada bilər. Belə ki, hazırda partiya siyasi mövcudluğunu davam etdirmək üçün Ədliyyə Nazirliyinin tələb etdiyi 5.000 nəfərlik siyahını bu quruma təqdim edib. Həmin siyahıda 2 gün əvvəl HƏP sıralarından istefa verən 572 nəfərin adı, telefon nömrəsi və başqa bilgiləri də var. Ədliyyə Nazirliyinin müəyyən etdiyi vaxt isə iyulun 11-də başa çatır. HƏP-in məlum siyahını geri götürüb 3 gün ərzində sıralarına 572 yeni üzv cəlb edərək, onların adını Ədliyyə Nazirliyinə təqdim etməsi inandırıcı görünmür. Bu isə o deməkdir ki, HƏP qeydiyyat prosesində ciddi problemlə üzləşəcək.

Əldə etdiyimiz məlumata görə, partiyada siyasi təlatümün baş verməsi bu qurumun sədri Əli İnsanovu bir o qədər də narahat etmir. Çünki o, bundan sonra siyasi fəaliyyətini müstəqil partiya sədri kimi deyil, YAP funksioneri kimi davam etdirməkdə maraqlıdır. Partiyadaşlarından biri bizimlə söhbət zamanı HƏP-in qeydiyyatdan keçməyəcəyi təqdirdə, Əli İnsanovun hakim partiyaya qayıdacağını iddia edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Braziliyalı hücumçu “Barselona”nın Hədəfində

Next Post

Elan edin: 10 bal yığa müəllimlər haranı bitirib?

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post
“Bəzi ölkə rəsmiləri feyk bəyanatlar verməkdə sanki yarışa çıxıblar”-Deputat

Elan edin: 10 bal yığa müəllimlər haranı bitirib?

“Ukraynanın NATO-ya daxil olmasının vaxtı deyil”-Bayden

"Ukraynanın NATO-ya daxil olmasının vaxtı deyil"-Bayden

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.