Əli Kərimli və başındakı bir neçə nəfərdən ibarət dəstə sakitləşmək, abrına qısılmaq istəmir. AXCP adlı partiyanın siyasi fəaliyyəti xeyli vaxtdır ancaq “Yeni
Müsavat” qəzetini şərləməyə yönəlib. Biz də bu adamların böhtanlarına cavab veririk, şər qüvvədən müdafiə olunuruq.
Müsavat” qəzetini şərləməyə yönəlib. Biz də bu adamların böhtanlarına cavab veririk, şər qüvvədən müdafiə olunuruq.Əslində qaragüruha zaman sərf etmək heç ürəyimizcə deyil, daha ciddi işlərlə məşğul olmağı uyğun bilirik. Üstəlik, onsuz da məhkəməyə müraciət etmişik və onsuz da bu adamlar iddialarını məhkəmədə sübut etmək məcburiyyəti ilə üzləşəcəklər. Fəqət, adamların bu böhtanlarını da cavabsız buraxmaq olmur. Ha çalışırıq daha bunlara baş qoşmayaq, amma elə hərəkətlər edirlər ki, tərəfimizdən ifşa olunmaları zərurətə çevrilir. Vəziyyət o yerə çatıb ki, “Azadlıq” qəzetinin şənbə sayında “Yeni Müsavat”a, onun baş redaktoruna, kollektivinə hədyan dolu 7 məqalə həsr edilib. Bundan əvvəlki sayda isə 6 yazı dərc olunub. Dünənkində daha 3… Bu məqalələrin bəzilərini AXCP sədri Əli Kərimli özü yazır. Həyasızlıqları o yerə çatıb ki, Əli Kərimlinin “Azadlıq”dakı müridlərindən olan, xəstəxanaların birinin baş həkimindən şantaj yolu ilə pul qoparmağa çalışan “yazar” da öz zəhməti ilə dolanan kollektivimizə qarşı nalayiq, əslində özünün və liderinin layiq olduğu ifadələri işlədib…
Gedişat onu göstərir ki, adamlar əndazəni aşırlar; “Azadlıq”ın son üç sayında üst-üstə “Yeni Müsavat”a qarşı 16 yazı həsr etmək, hamısını da Əli Kərimlinin özünün layiq olduğu təhqiramiz ifadələrlə “zənginləşdirmək” bütün ölçüləri itirmək anlamına gəlir. Biz elə hesab edirdik ki, Nazim Sabiroğlunun, Zabil Müqabiloğlunun, Zahid Səfəroğlunun, Xalid Kazımlının, mənim kollektivimizdən əl çəkmələrinə dair son yazılarımızdan sonra Ə.Kərimlinin dəstəsi özünə yığışar, bir nəticə çıxarar. Amma bunlar tamamilə tərsini edir və nə qədər gülməli (və ağlamalı) olsa da, məhz onlar kimi düşünməyimizi, Kərimlinin maraqlarına uyğun yazıb-pozmağımızı tələb etməkdə israrlıdırlar. Ay adamlar, biz qətiyyən sizin kimi düşünə bilmərik, bizim özümüzün düşüncələrimiz sizdən sağlamdır, mütərəqqidir, sağlamdır və xalqa daha faydalıdır. İkincisi, biz ağı qaradan seçməyi bacarırıq, Əli Kərimlinin məqsədinin nə olmasından da xəbərdarıq (Onun məqsədinin nə olması haqda az sonra danışacağıq). Biz siyasi təşkilat deyilik, firqə qəzeti deyilik, bütövlükdə hamının oxuya biləcəyi, müstəqil, Qərb dəyərlərinə uyğun çap mediası kimi çalışmaq istəyirik. Qəzetin işi zatən budur. Əgər bizim yazdıqlarımız sizin missiyanıza uyğun deyilsə, qələmimizdən çıxanlardan xoşlanmırsınızsa və mozaxist deyilsinizsə, oxumayın “Yeni Müsavat”ı və musavat.com-u. Nə özünüzə əzab verin, nə də bizə “niyə belə yazırsınız” kimi düşük suallar verməyin, maraqlarınıza uyğun olmayan yazılarmıza görə bizə böhtan da atmayın. Gedin, siz öz işinizlə məşğul olun, biz də öz işimizlə məşğuluq. Hər kəsə Allah öz tutduğu, doğru hesab etdiyi yolda kömək olsun.
Yox, əgər siz bütün siyasətinizi “Yeni Müsavat”ın yazıları və qəzetimizi şərləmək üzərində qurmaqda, böhtanlar yağdırmaqda, mənasız təftişçilikdə davam edəcəksinizsə, deməli məqsədiniz başqadır. Bu xətti davam etdirməklə, “zopa siyasəti”ni gündəmdə saxlamaqda maraqlı olduğunuzu bir daha ortaya qoymuş olursunuz. Bununla – bütün ictimai-siyasi yüklü qüvvələrə “satılmışlar” damğasını vurmaqla, Əli Kərimlinin “müxalifətin əsas siması” (!) obrazını formalaşdırmaqla nəyə nail olmaq istədiyinizi guya kimsə bilmir? Məqsəd, daha dəqiqi, qəzəbinizin səbəbi odur ki, iqtidar niyə Əli Kərimlini saymır, onu “almaq”, onunla əməkdaşlıq etmək istəmir. Hazırda belə bir mənzərədir; sanki iqtidar səxavət kisəsini açıb hər kəsə pul paylayır, 2015 seçkilərində mandat hazırlayır, Əli Kərimli yada düşmür və bu da bərk qeyzlənir, hirsini bizdən çıxır ki, siz olmasanız mənə verərdilər o paraları və mandatı. Birbaşa AXCP sədrinin özünün qələmindən çıxan yazılarda bununla bağlı iqtidara dolayısı ilə dəfələrlə “bizi satın alın, biz daha yaxşıyıq” çağırışlar edilib…
Yoldaşlar, başa düşürük ki, Əli Kərimli “siyasi alver” qaydalarını 1995-ci ildən üzü bu yana tam mənimsəyib, indiki oyunbazlıqları da həmin ənənənin davamıdır. Amma lütfən, bu hoqqabazlıqlarınızı “Yeni Müsavat”ı şərləmək hesabına həyata keçirməyin. Bu cəhdlərinizi anındaca ifşa edirik və edəcəyik…
Əgər satılmağa startda dayanmış Əli Kərimlini iqtidar satın almaq istəmirsə, bunda bizim günahımız yoxdur, bizim üzərimizə böhtan atmayın…



