"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Kərimliyə açıq məktub

27 Aprel 2015 - 12:52
in FLƏŞ, SEÇMƏ XƏBƏRLƏR

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Salam, Əli bəy. Yəqin, xatırlayarsınız, haradasa 12-13 il əvvəl sizinlə 3-4 dəfə görüşmüşdük, hətta hamının nəyə görəsə `Matros Faiq` dediyi köməkçiniz bizə çay da vermişdi. Türkiyəlilərdə məşhur bir məsəl var e, bir fincan qəhvə içdiyin adamın qırx il xətri qalır-filan… Qəhvə yox, çay olanda nə olar, dedim, fikrimdən keçən bir məsələni sizə yazım, bəlkə nəzərə alarsınız. 

Məsələ isə sizin `Milli Şura` adı ilə gələn bazara təyin etdiyiniz növbəti mitinqlə bağlıdır. Türkün sözü, buraxın yaa, Əli bəy, nə Milli Şura?! İkimiz də bilirik ki, Milli Şura-zad yoxdur. Amma mən belə xırda məsələyə görə `Matros Faiq`in kapitanının vaxtını almazdım, yəni sözüm bunda deyil.

Keçirəm `mustafa`ya. Biz jurnalistlər zəhmətkeş insanlarıq, həftənin altı günü gərgin intellektual əməklə məşğuluq. Bu, çox ağır işdir, özünüz də keçmiş, elə həm də indiki elə həm də jurnalist kimi bilməmiş deyilsiniz. Bizim istirahət və yaxınlarımızla vaxt keçirmək üçün cəmisi bircə günümüz var, o da bazar günüdür. Siz ancaq özünüzdən və kuratorlarınızdan (yaxud, `sifarişçi` də demək olar) başqa heç kimə lazım olmayan mitinqləri keçirəndə bizlər məcbur oluruq ki, həmin gün də işləyək. Çünki ölkənin xəbər məkanını sizin və işlədiyiniz qrupların yalan maşınının öhdəsinə buraxa bilmərik.

Mən burada `biz` deyəndə təkcə özümü və çalışdığım kollektivin üzvlərini nəzərdə tutmuram, yox. Ölkədə yüzlərlə jurnalist, onlarla polis, yüzlərlə sıravi insan sizin mitinqlərə görə istirahət gününü pişiyin quyruğuna bağlamağa məcbur olurlar. Əminəm ki, ora gələnlərin də çoxu ürəyində deyinə-deyinə gəlir.Səmimi olun, Əli bəy, doğrudanmı elə düşünürsünüz ki, sizin hər dəfə eyni şeyləri təklrarlamağınız kimin üçünsə maraqlı ola bilər? Sizcə, əqli cəhətdən sağlam adam öz xoşuna gedib Əbülfəz Qurbanlının cır səslə oxuduğu siyasi ariyalara qulaq asarmı? Şəxsən mənim əl-qolumu bağlayıb, Fuad Qəhrəmanlının çıxışlarını dinləməyə məcbur etsələr, dördüncü dəqiqədə qıcolma keçirməyə başlayaram.

Əli bəy, sizin və orada tribunaya dırmaşdırdığınız siyasi mövcudatın hər dəfə necə eyni şeyləri danışmalarına, küt yumor cəhdlərinə, 9-cu sinif şagirdinin həll edə biləcəyi “stadionun 1/6 hissəsinə neçə adam yerləşər” məsələsinə verdikləri cavablara baxanda adam intellektual spazm keçirməyə başlayır. Beyin neyronları iflas edir. Nə olar, bunu bizə yapmayın.

Onsuz da sizin mitinqlərin heç bir yaralı barmağa heç bir faydası olası deyil, orada dediklərinizi hər gün medianızda yazır, sosial şəbəkələrdə yayır, sonra da saxta profillərlə girib, `like` eləyirsiniz. Yəni istəyən mitinqsiz də o fikirlərlə tanış ola bilər. Fikir vermişəm, aksiyalara hər dəfə eyni adamlar gəlirlər. Sizi and verirəm o inandığınıza – yəni Bencamin Franklinin kəlləsinə,- hər dəfə eyni adamları eyni yerə yığıb, onlara eyni sözləri deməkdən nə zövq almaq olar?

Əlbəttə, mən başa düşürəm ki, Olimpiada ərəfəsində siz bu aksiyaları keçirməlisiniz, yoxsa Bencamin Franklin üzünüzə baxmaz. Amma hər halda, bizi də nəzərə alın. Sizin aksiyalar bir qrup insanın istirahətini əlindən almaqdan başqa heç nəyə yaramır. Hərdən düşünürəm ki, bu yolla qisas alırsınız: `Madam ki, mən düz-əməlli siyasətçi ola bilmədim, onda siz də istirahətdən məhrum qalın!` Manıs demişkən, gəlin, bir qədər geniş düşünməyə çalışaq. Axı sizin kiçicik eqonuzu təmin etməyin başqa yollarını da tapa bilərik, niyə məhz bu variantı seçmisiniz?

Nə isə, çox başınızı ağrıtmayım, yəqin, işiniz az deyil, təzə status yazırsınız. Sadəcə, bir siyasətçi kimi həmişə hökuməti vətəndaşın qayğısına qalmamaqda ittiham edən sizin özünüz yaxşı nümunə göstərin. İmkan verin, insanlar bazar günü normal dincəlsinlər, gənclər sizin mitinqə gəlməkdənsə, məsələn, sevdiklərininin qoluna girib, kinoya-teatra getsinlər. Düzdür, sizin göstədiyiniz də tamaşadır, amma mən sizə baxmaqdansa, ikinci dəfə `Bozun əlli çaları`na baxmağı daha üstün tutardım.

Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Əgər qanmayıbsa…”

Next Post

Vəfa Quluzadə: “Riqa sammiti ilə bağlı Kremlin hədəsindən qorxmaq lazım deyil…”

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

Vəfa Quluzadə: “Riqa sammiti ilə bağlı Kremlin hədəsindən qorxmaq lazım deyil...”

Sürücülərin nəzərinə - Bu yol bağlanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.