"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Mirəliyevi kim şantaj edir? – Müsahibə

10 Noyabr 2014 - 12:00
in ŞOU

Müğənni Əli Mirəliyev yenidən yerli şou-biznesin gündəmini zəbt edib.1415445100

Bunu da oxuyun

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Elton Con xəstəxanaya yerləşdirilib

Hadisə bu tarixdə Bakıya gəlir

Tabloid.az-a müsahibə verən müğənni bir neçə gün öncə ATV telekanalında şəxsi həyatı ilə bağlı nümayiş olunan süjeti şərh edib.

Yeri gəlmişkən, xatırladaq ki, “Düzünü desək” verilişində təqdim olunan süjetdə Əli Mirəliyev həyat yoldaşının tənbəl olmasından, hətta almanı yedikdən sonra cecəyini çarpayının altına atmağından söhbət edib.

– Əli müəllim, həyat yoldaşınız məlum süjetdən sonra sizə irad tutmadı?

– Düzü, həmin süjetə baxmaq imkanım olmadı. Yolda gedirdim, evdəkilər zəng edib, o verilişə görə məni təhqir etdilər (Gülür).

– Doğrudur ki, qızınız və xanımınız sizinlə haqqınızda danışmaqdan imtina ediblər?

– Qətiyyən elə deyil. Əksinə həmin verilişi aparan aparıcıya “ayıb olsun” deyirəm. Kim deyir ki, mənim ailə üzvlərim efirə çıxmır? O qədər olub ki, ailəm-oğlum, qızım, gəlinim, qardaşımın oğlu və nəvələrim efirə çıxıblar. Məgər mən hər dəfə hər hansısa verilişə gedəndə ailəmi özümlə studiyaya aparmalıyam? Hətta qızımın bağında çəkiliş də aparıblar. Qızım, övladlarım mənimlə nəfəs alırlar. Onlar mənimlə fəxr edirlər ki, belə ziyalı və müğənni ataları var. Mənə deyirlər ki, deyingənsən, aqressivsən. Amma insanlar məni yaxşı tanıyır. Haqqımda deyirlər ki, sözün düzünü üzə deyən bir kişi var, o da Əli Mirəliyevdir. Mən xalqımın musiqisi naminə çalışıram. Mən xalq mahnılarımıza, Üzeyir bəyə görə mübarizə aparıram. Deyirlər ki, Əli Mirəliyevin sənəti yoxdur, qalmaqalçıdır. Məni bu yolla vurmaq istəyirlər.

– Müsahibədə qeyd etmisiniz ki, xanımınız almanı yeyib, cecəyini çarpayının altına atıb…

– Bu hadisə olub, amma lap çoxdan. Yoldaşım, dolu, kök qadındır. Mən səliqə-səhmanı sevən adamam. Bir dəfə evləri yığışdıranda gördüm ki, çarpayının altında alma cecəyi və zir-zibil var. Hər dəfə yığıb təmizləyirdim. Onda hələ efirə çıxmırdım, Mərdəkandakı bağda qalırdım. Xanıma dedim ki, belə eləmə da. Qabağına qab qoy, orada ye. Çarpayının altını yığışdırmışam axı. Hətta bir gün zarafatla ona dedim ki, bax evimizə televiziyadan gəlsələr, onlara bütün bunları deyəcəyəm. Mən demirəm ki, xanımım səliqəsizdir. O, elə-belə adam deyil, həkimdir. Bilirsiniz necə adamam? Sözümü lap anam-bacım, əzizim olsa da deyirəm. Uşaqlıqdan internatda böyümüşəm. Özümün balaca “tumboçkam” olub. Bütün əşyalarımı ora qomuşam. İndi qoyduğum hər hansı əşyanı yerində tapmayanda əsəbiləşirəm. O vaxt hər şey ciddi idi. 6 gün internatda qalırdım. Evə yalnız bazar günləri gəlirdim. Yəni əsgər kimi böyümüşəm. Hansı müğənni səhər yuxudan duranda yatağını özü yığır? Heç kim! Amma mən yatağımı özüm yığışdırıram. Bütün günü təmizliyə riayət edirəm, otaqları tozsoranlayıram. Mərdəkanda balaca həyətim var, oranı süpürürəm. Bu, mənim xasiyyətimdir. Başqa cür ola bilmirəm. Mən oturum, ev dağılıb-tökülsün, işıq yanmasın, qapı çərçivədən çıxsın, mən onu o dəqiqə düzəldəcəyəm.

– Həmin süjetdən sonra xanımınızla aranızda problem yaşandı?

– Yox. Heç vaxt ola da bilməz. Xanımım məni hamıdan yaxşı tanıyır. O, bilir ki, mən ailəmə canımı verərəm. O, bilir ki, məndən başqa heç bir kişi ona arxa-dayaq ola bilməz. Nə qədər danışsam da, xanımım ürəyində bilir ki, mən haqlıyam. Mən ona gülə-gülə demişdim ki, sənin bu hərəkətlərini efirdə deyəcəyəm, eləmə. Xörək bişirir, masanın üstündə göyərti təmizləyir. Göyərtinin yarısı yerdədir… Axı hara tələsirsən? Aram-aram elədə də. Başa da salıram, deyirəm. Mənə deyir ki, sən sus, işin olmasın. Arvad işinə qarışma. Üstümə qışqırır. Deyirəm ki, ay qız, axı xörəyi yerdə bişirmirlər. Ya da görürsən ki, çirkl qabları yığır. Deyir ki, sabah yuyacağam. Amma mən sevmirəm ki, qablar çirkli qalsın. Özüm qabları yuyub təmizləyirəm. Səhər durub baxır ki, hər yer təmizdir. Hətta o vaxtlar qardaşlarım məni döyürdülər ki, evi niyə süpürürsən. Sən kişisən. Kişi əlinə süpürgə almaz. Mən də uşaq idim, atam bir təpik vurdu, qardaşlarım acıqlanırdı. Mən internatdan bir günlük evə gələndə, həmin gün süpürgə əlimdən yerə düşmürdü. Hətta indi çıxıb, küçəni süpürürəm. Gəlin Mərdəkana, qonşulardan soruşun ki, məhəlləyə asfalt yolu kim salıb? Deyəcəklər ki, Əli müəllim. Ümumi yolu, 40 qonşunun yaşadığı məhəllənin yolunu mən salmışam. Yol palçıq idi, ayaqla getmək olmurdu. Mən bunu qürrələnib demirəm. Sadəcə, təmizliyi çox sevirəm.

– Ailəniz, xanımınız, övladlarınız sizə deyirlər ki, efirdə hər şeyi danışmayın?

– Mənim qızım çox savadlıdır. İki universitet bitirib. Deyir ki, “papa”, sən münasibət bildir. Hər səhvi adı ilə çağır, söylə. Deyirəm ki, mənim gözüm üstdə. Mən də insanam. Hər bir insanın da mənfi və ya müsbət cəhətləri var. Bəli, mən emossional adamam. Olur ki, hansısa sözü emosiya ilə deyirəm. Baxırsan ki, oxuya bilmir, gəlib səhnəyə. Gözündə eynək oturub, hətta verilişdəki tamaşaçıları da saymır. Özünü elə aparır ki, burada budur, Bağdadda kor xəlifə. Ə, sən kimsən? Sən haranın oxuyanısan? Ümumiyyətlə, oxuyan deyilsən. Mən ona görə də belə şeyləri qəbul eləmirəm. Mən XX əsrdən qalan insanam.

Jurnalist məndən soruşur ki, siz burnunu kəsdirən, üzünə pudra vuran, dodaqlarını şişirdən kişi müğənnilərinə necə baxrsınız? Ona  nə deyim? Deyim ki, yaxşı baxıram? O, mənə sualı ona görə verir ki, saçlarıma rəng qoymamışam, ağdır. Üzüm özümünküdür, pudra, boya yoxdur. Necə var kişi kimi danışacağam. Onlara maraqlı olan, oxumağım deyil. Deyəcəyim sözlərdir. Elə edirlər ki, nəsə deyim, sonra da qarşı tərəf məni söysün. Qalmaqalı mən yox, telekanallar yaradır. Məsəslən, mən haradan bilim ki, Rəqsanə Türkiyəyə gedib, adını da dəyişib, Roksi qoyub? Orada hətta ev alıb. Jurnalist deyir, mən də münasibətimi bildirirəm. Rəqsanə də məni məhkəməyə verir. Qalmaqalı yaradan telekanal da kənarda qalır. Bu mənə qarşı insafsızlıqdır. Neynim, Rəqsanə məni məhkəməyə verib. Özü də məndən 100 manat təzminat istəyir. 160 manat təqaüd alıram. Onu da arvad alıb, qoyur cibinə. Mən heç bankomatın yolunu tanımıram. Məni Allah, el-oba, dostlar dolandırır. İnsanlar məni toya aparırlar, 500 manat basırlar cibimə. Hərdən müğənnilər görürlər ki, toya getmirəm, cibimə pul qoyurlar. Xəstəyəm, hətta dərmanlarıma pulum çatmır. Hər ay 50 manat dərmana pul verirəm. İnsult olmuşam, şəkərim, təzyiqim var.

Məndən də yaşda böyük müğənnilər var. Televizorda baxırsan, saçları qapqara. Necə olur axı bu? Amma mənim saçım ağappaqdır. Mənim cavanlıq kadrlarıma baxın, qəşəng oğlanam, saçlarım da qapqara. Amma dövr keçib, indi mən cavanlara yer verməliyəm. Amma bunlar səhnədən getmək istəmirlər, cavan qalmaq istəyirlər. Belə olmaz axı. Gənclər baxırlar. Onlar bu kişi müğənnilərə baxıb, burunlarını kəsdirsələr, kişi kişini alsa, onunla evlənsə…  Nə olacaq? Biz belə hara gedirik? Musiqimiz yox, dilimiz, yox, kişiliyimiz yox. Nəyimiz qalır bizim? Heç olmsasa, dəyərlərimizi qoruyaq. Üzərimizdə Azərbaycanın adı var. Niyə bunun üstündən xətt çəkib, avropalı olmaq istəyirik? Anlamadım, biz Konçita olmaq istəyirik?

– Doğrudan, Rəqsanə sizdən 100 min manat təzminat istəyib?

– Bəli, məhkəməyə verib. Hər dəfə mənə xəbərdarlıq gəlir. Heç Rəqsanə özü də məhkəməyə getmir. Yalandan şikayəti yazıb atıb ora, dilimi bağlayıb. Deməyim ki, Rəqsanə pis oxuyandır. Rəqsanə məni şantaj edir. Yəni ki, mənim adımı çəksən, səni məhkəməyə verəcəyəm. Axı biz onunla efirdə barışıb, öpüşmüşdük. Bundan sonra yenə gedib, məni məhkəməyə verib. Hətta biz efirdə barışanda dedim ki, sənin oxumağında bir balaca “əyriş-üyrüşlük” var. Gəl, Mərdəkana, səninlə məşğul olum. Səni gözəl səsli müğənni edim. Bu sözlər də onun acığına gəlib. Yəni mən əjdaha oxuyanam. O, oxuyan deyil, yaxşı, düz oxumur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bəşər Əsədin komandiri öldürüldü

Next Post

“London Times”: Bakıda məxfi ABŞ-İran danışıqları gedir – sensasiya

Bənzər yazılar

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Elton Con xəstəxanaya yerləşdirilib

Elton Con xəstəxanaya yerləşdirilib

28 Avqust 2023 - 16:44

Müğənni və bəstəkar Elton Con xəstəxanaya yerləşdirilib. Məlumata görə, müğənni dəniz kənarındakı evində yıxılaraq Monako xəstəxanasına yerləşdirilib. Elton Conun gecə...

Hadisə bu tarixdə Bakıya gəlir

Hadisə bu tarixdə Bakıya gəlir

20 Avqust 2023 - 17:51

Türkiyənin məşhur ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Hadisə 26 avqust tarixində Dalğa Fest - də səhnə alacaq. Elchi.az xəbər...

Britni Spirs və əri Sem Əsgəri boşanır

Britni Spirs və əri Sem Əsgəri boşanır

17 Avqust 2023 - 15:48

Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır. İddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub. Bildirilir ki, təxminən...

Next Post

“London Times”: Bakıda məxfi ABŞ-İran danışıqları gedir - sensasiya

Zakir Həsənov Moskvaya getdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.