"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əlilliyin qiymətləndirilməsi meyarları – FOTOLAR

15 Dekabr 2014 - 22:50
in CƏMİYYƏT
Dekabrın 15-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının təşkilatçılığı ilə Bakı şəhərində “Azərbaycanda10421312_784842791574758_8858118642183753403_n Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. İki gün davam edəcək seminarda aidiyyatı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatından, İsveç, Niderland, Portuqaliya və Kiprdən gəlmiş ekspertlər iştirak edir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, Prezident cənab İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısının bu təbəqədən olan insanlarla bağlı hüquqlar sisteminin təkmilləşdirilməsinə də şərait yaratdığını vurğulayıb: “Mütərəqqi təcrübələr əlilliyi olan şəxslərin fəaliyyət potensiallarının qiymətləndirilməsinin onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün vacib amillərdən biri olduğunu ifadə edir. Belə yanaşma ilk növbədə şəxsin əlillik vəziyyətinin müəyyən olunması və əlilliyinin rəsmiləşdirilməsində özünü göstərməlidir. Ona görə də belə şəxslərin fəaliyyət və bununla da sosial reabilitasiya imkanlarının müəyyən edilməsinə, nəticə etibarilə əmək və sosial reabilitasiya üzrə əlil hüquqlarının təmin olunmasına yönələn prinsiplərin əlilliyin qiymətləndirilməsi ilə bağlı milli qanunvericilikdə əksini tapmasına ehtiyac var”.
S.Müslümov bildirib ki, BMT-in “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklərdən biri də ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemində bio-psixo-sosial modelin tətbiqidir. “Hazırda bizdə mövcud sistem əlillik vəziyyətinin yalnız tibbi yanaşma əsasında, şəxsin fiziki və ya əqli məhdudluğunun ağırlıq səviyyəsinə uyğun olaraq I, II və III dərəcələr üzrə müəyyənləşdirilməsini nəzərdə tutur. Bu da həmin şəxsin fəaliyyət imkanlarının, əmək potensialının diqqətdən kənarda qalması və onun cəmiyyətə yalnız fiziki və əqli məhdudiyyətli insan kimi təqdim edilməsinə, əmək bazarına çıxışına maneələr yaranmasına səbəb olur”.
Nazir qeyd olunan sistemin sosial yanaşma əsasında təkmilləşdirilməsinin, əlillik müayinəsində fiziki və əqli məhdudluğun fəaliyyət bacarığına, əmək qabiliyyətinə təsirinin ölçülməsinin daha məqsədyönlü olduğunu bildirib: “Bizim nəzərdə tutduğumuz yeni sosial model də əlilliyin qiymətləndirilməsində şəxsin yalnız tibbi diaqnozunu əsas götürmədən, onun fəaliyyət imkanlarını, o cümlədən əmək qabiliyyətini hansı səviyyədə itirməsinin ölçülməsi və əlilliyin də bu ölçü əsasında müəyyən edilərək rəsmiləşdirilməsi meyarına əsaslanır. Bu sosial model III dərəcəli əlillərin əmək qabiliyyətini 50-60 faiz, II dərəcəli əlillərin əmək qabiliyyətini 70-80 faiz, I dərəcəli əlillərin isə əmək qabiliyyətini 100 faiz, yəni tam itirmiş kimi müəyyən edilməsini nəzərdə tutur. Burada əsas məqsəd şəxsin mövcud əmək potensialının qorunub saxlanılması və reallaşmasına, onun yenidən aktiv həyata dönüşünə, son nəticədə reabilitasiyasına maksimum zəminin yaradılmasıdır”.
S.Müslümov diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatının Fəaliyyətin Beynəlxalq Təsnifatı, Əlillik və Səhiyyə sənədində də bununla bağlı önəmli sosial yanaşmalar əksini tapır. Bu təsnifat yalnız fiziki amilləri deyil, o cümlədən sosial və ətraf mühitlə bağlı amilləri də əlilliyin qiymətləndirilməsində vacib hesab edir: “Bizim Dünya Bankı ilə əməkdaşlığımızın davamı kimi keçirilən bu seminar da bizə imkan verəcək ki, beynəlxalq səviyyəli ekspertlər və yerli mütəxəssislərlə birgə müvafiq sahədə qabaqcıl dünya təcrübəsini, qəbul olunmuş beynəlxalq standartları bir daha nəzərdən keçirək və ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemini mütərəqqi yanaşmalar əsasında təkmilləşdirək”.
Dünya Bankının nümayəndəsi Endryu Mason ölkəmizdə bütün sahələrdə aparılan səmərəli islahatların əlilliyin qiymətləndirilməsi sahəsini də əhatə etməsini yüksək dəyərləndirib, bu sahədə əməkdaşlıqdan məmnun olduqlarını, aparılacaq işlərin uğurlu olacağına əminliyini ifadə edib.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə əmək pensiyaçılarının təqribən 28,2 faizinin məhz əlilliyi olan şəxlər olduğunu qeyd edərək, bu şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğıdan, habelə pensiya təminatı zamanı onlara verilən bir sıra güzəştlərdən bəhs edib. E. Mehdiyev hazırkı seminarın olduqca vacib məsələyə həsr olunduğunu nəzərə çatdıraraq, həqiqətən də əlilliyin qiymətləndirilməsində şəxslərin əmək potensiallarının diqqətdə saxlanılmasının xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə əlilliyi müəyyənləşdirmək üçün istifadə olunan mövcud meyarlar barədə məlumat verib. Qeyd olunub ki, bu meyarlarla qiymətləndirmə əlillik müayinəsi aparılan şəxsin bu və ya digər şəraitdə öz fünksiyasını yerinə yetirmək qabiliyyətini nəzərə almır. Yaxud onun mümkün iş bacarığının reallaşması üçün hansı şəraitin, iş sahəsinin gərəkli olduğunu diqqətdən kənarda qoyaraq, yalnız xəsarətin nəticəsi kimi fiziki və əqli vəziyyətin ağırlıq dərəcəsini müəyyən edir. Halbuki adekvat reabilitasiya və şərait təmin olunduğu halda əlilliyi olan şəxslərin əmək potensiallarını reallaşdırmaları mümkündür. Bununla əlaqədar müvafiq hüquqi bazada əlilliyi olan şəxslərin əmək və sosial reabilitasiyasına yönələn dəyişikliklərin aparılması zəruridir.
Dünya Bankının əlillik üzrə baş eksperti Aleksandra Posarak əlilliyi olan şəxslərə cəmiyyətin digər üzvləri ilə bərabər imkanların yaradılması prosesində belə şəxslərin əmək potensiallarının nəzərə alınmasının vacib olduğunu qeyd edib və əlilliyin qiymətləndirilməsi zamanı bu amilin nəzərdə saxlanmasının inkluzivliyin qorunması üçün ilkin şərt olduğunu vurğulayıb.
Daha sonra seminarda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı ölkəmizdə tətbiq olunan sistem barədə məlumat verilib və bu sistemin dəyişdirilməsinin vacibliyi bildirilib. Əlilliyi xəsarət dərəcəsinə əsasən qruplaşdırmaq artıq köhnəlmiş baxış formasına əsaslanır. Əlilliyə görə müavinətlərin alınması ilə əlaqədar əmək bazarını tərk edən şəxslər faktiki olaraq əmək bazarına az hallarda qayıdırlar. Buna görə də məqsəd əlilliyə görə müavinətin təyin olunması mərhələsinə çatmamışdan əvvəl bu şəxslərə əmək fəaliyyətlərini bu və ya digər formada davam etdirmək imkanının verilməsidir.
Tədbirdə İsveçin Paraplegiya Araşdırmaları Təşkilatının eksperti Cerom Bikenbaxın, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri Nenad Kostanjsekin və Alarkos Siezanın, digər beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin dünya təcrübəsində mövcud yanaşmalara aid çıxışları, rəy və təklifləri əsasında müzakirələr aparılır.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sidnyedə girovların azad edilməsi zamanı 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Next Post

Belarus Rusiya qarşıdurması

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Belarus Rusiya qarşıdurması

Firudin Cəlilovun səhhəti pisləşdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.