"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Əliyev Fransada Jirinovskiyə əhəmiyyət belə vermədi”

28 Sentyabr 2014 - 10:48
in Banner, MANŞET

“Biz müharibəsiz də Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını bərpa edə bilərik”1411849454
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev mətbuata açıqlamasında deyib. Millət vəkilinin sözlərinə görə, dövlətçilik maraqları tələb edirsə, Jirinovski ilə bu cür təmasları anlayışla qarşılamaq lazımdır:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

“Əlbəttə, Jirinovskinin Azərbaycana səfəri bir psixoloji faktor olaraq şəxsən mənim ürəyimcə deyil. Amma iş burasındadır ki, ingilislərin sözü olmasın, dövlətlərarası münasibətlərdə əbədi dostlar yoxdur, əbədi dövlət maraqları var. Azərbaycanda və bütün dünyada hamı bilir ki, Jirinovski hər zaman faktiki olaraq “çar”ın təlxəyi rolunda çıxış edir və bir çox hallarda həmin çarın fikirlərinin ifadəçisidir.
Mən xatırlayıram ki, NATO Parlament Assambleyasının Fransada keçirilən iclasında o zaman həmin tədbirdə iştirak və çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Jirinovskiyə necə münasibət sərgilədi. Xatırlayıram ki, prezidentin çıxışından sonra Rusiya NATO PA-dakı nümayəndə heyətinin rəhbəri olan Jirinovski İlham Əliyevin arxasınca sürətlə qaça-qaça “İlham Heydəroviç” deyərək az qala qışqırırdı. Amma o vaxt Prezident İlham Əliyev demək olar ki, ona əhəmiyyət də vermədi və sadəcə söylədi ki, köməkçimlə əlaqə saxlayarsınız. Bu o vaxtlar idi ki, Jirinovski Azərbaycanın düşməni kimi əleyhimizə kəskin bəyanatlar verirdi, açıqlamalarında Azərbaycanı təhqir etməkdən də çəkinmirdi.
Əlbəttə, yenə təkrar edirəm ki, onun Bakıya səfərini alqışlamıram, ancaq mən dövlət başçısı deyiləm. Dövlətin maraqlarını hal-hazırda qoruyan, dövlətin mənafelərini hamıdan çox düşünən Azərbaycanın prezidentidir. Ona görə də prezident dövlət maraqları prizmasından çıxış edərək onun Bakıya səfərinə razılıq verib.

 

Jirinovskini deyil, Putinin bir sözçüsünün Azərbaycanda qəbul edilməsindən söhbət gedə bilər. Mən bu cür düşünürəm və hesab edirəm ki, hamı onun da fərqindədir ki, bizim Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə nail olmağımız müşkül məsələdir. Ona görə də dövlətçilik maraqları tələb etsə, çalışmalıyıq ki, Putinin ətrafında olan adamların Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə münasibətlərini dəyişək. Son zamanlar diqqət yetirdinizsə, Züqanovun da Azərbaycanla bağlı verdiyi bəyanatlar, Azərbaycanı nümunə ölkə kimi təqdim etməsi, ölkəmiz haqqında xoş sözlər söyləməsi təsadüfi deyil. Düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün Putinin ətrafında olan bütün siyasi qüvvələrlə əlaqəsini genişləndirməlidir, təmasları intensivləşdirməlidir ki, biz Rusiyanın Dağlıq Qarabağ məsələsinə münasibətini dəyişə bilək. Əgər buna nail ola bilsək, əminəm ki, müharibəsiz də biz Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını bərpa edə bilərik.”

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əsirlikdə olan ukraynalı qadın pilotun başına gələnlər – VİDEO

Next Post

Lavrov: Rusiya ABŞ ilə yalnız idmanda yarışacaq

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Lavrov: Rusiya ABŞ ilə yalnız idmanda yarışacaq

Acunun telekanalında musiqimizə hörmətsizlik - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.