"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əliyev imkan verməyəcək: Türkiyənin dəstəyi ilə… – Deputat

14 Sentyabr 2022 - 13:36
in Cebhe-banner, MANŞET, SİYASƏT

“Ermənistan bu təxribatla münaqişənin bitmədiyini sübut etmək istədi. Layiqli cavabını da aldı. Ermənistan kasıb ermənilərin xeyrinə olsa da, Qərbin Rusiya və İranla münasibətlərinin düşmənçilik səviyyəsində olduğunu bildiyindən xəstə “Böyük Ermənistan” ideyalarına Qərbin dəstəyini almaq üçün Zəngəzur dəhlizinin açılmasını da istəmir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirərkən söyləyib.

Millət vəkili bölgədə yaranmış son hərbi-siyasi durumla bağlı fikirlərini paylaşıb:

“Ondan başlayım ki, mənfur qonşularımız nə sülh, nə də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəyir. Paşinyan dünən Ermənistan parlamentində gileylənirdi ki, Ermənistanın pulu var, amma onlara silah satmaq istəyən yoxdur. Soruşmaq lazımdır ki, onda niyə deyirsən ki, Zəngəzurda dəmir yolunu çəkməyə pul yoxdur? Deməli, siz öhdəliklərinizi yerinə yetirməyə pul tapmırsınız, amma silaha pul tapırsınız. Nəyinizə lazımdır silahlanma? Bir dəfə söyləmişdim ki, Ermənistan təxribatlara son qoymalı, Qərblə Rusiya arasında “Lambada” oynamağı dayandırmalı, Azərbaycanla sülh sazişi imzalamalıdır. Avqustun 24-də ABŞ Azərbaycanın münaqişənin bitməsinə dair rəsmi mövqeyini nəzərə almadan artıq mövcud olmayan Minsk qrupuna Filip Rikeri həmsədr təyin etdi. Hər vəchlə Minsk qrupunu canlandırmaq istəyən Ermənistan bu təxribatla münaqişənin bitmədiyini sübut etmək istədi. Layiqli cavabını da aldı. Ermənistan kasıb ermənilərin xeyrinə olsa da, Qərbin Rusiya və İranla münasibətlərinin düşmənçilik səviyyəsində olduğunu bildiyindən xəstə “Böyük Ermənistan” ideyalarına Qərbin dəstəyini almaq üçün Zəngəzur dəhlizinin açılmasını da istəmir. Bunu Rusiya qarşısında kompensasiya etmək üçün münaqişəni uzatmaqla Rusiya sülhməramlılarının Qarabağda uzunmüddətli qalışını təmin edəcəklərinin mesajını veririr, eyni zamanda Rusiyanın Ukraynada məğlubiyyətini gözləyir”.

Millət vəkili münaqişəyə Qərbin yenidən ikili standartla yanaşmasını da xüsusi olaraq vurğulayıb:

“Amma Rusiya Paşinyanın kimin havasına oynadığını bilir və görür. Rusiyaya bu gün Qarabağda əsgər saxlamaqdan daha çox Şimal-Cənub dəmir yolunun işləməsi, türk dövlətləri ilə dost olması lazımdır. Paşinyanın KTMT-yə müraciət etməklə Rusiyanı və bunun ardınca Türkiyəni münaqişəyə cəlb etməklə ikinci cəbhə açmaq istəməsini də Rusiya gözəl başa düşür. Paşinyan fikirləşir ki, 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə düçar olduğundan onun təxribatlara başlamasına heç kim inanmayacaq. Ermənistanın Minsk qrupundakı həmsədr müttəfiqləri də dərhal hərəkətə keçdi. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyini görməyən ABŞ əminliklə Azərbaycan tərəfdən Ermənistana güllə atıldığını bildiyini bəyan edir, Fransa xəcalət hissi keçirmədən BMT TŞ-nın təcili iclasını çağırır və s. Bu ölkələr Ermənistandan tələb etmir ki, Azərbaycanla sülh sazişi imzalamalısan, növbəti 30 il münaqişəni və buna paralel olaraq rus əsgərlərini Qarabağda saxlaya bilməzsən. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidr və Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etməlidir. Bunu deməmək və Şuşaya səfərdən imtina hər iki ölkənin Azərbaycana münasibətdə nə qədər riyakar siyasət yürütdüyünü göstərir. Azərbaycan Prezidenti münaqişənin gələcək nəsillərə saxlanmasına imkan verməyəcək və biz qardaş Türkiyənin dəstəyi ilə Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edəcəyik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lüksemburq da Bakı və İrəvana çağırış etdi

Next Post

Ermənilərin yaydığı bu xəbər yalandır – MN

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post
MN: İstismar müddəti başa çatmış silahların utilizasiyası davam edir

Ermənilərin yaydığı bu xəbər yalandır - MN

“Moskva sərhəddə baş verənlərdən məmnun görünür”-Politoloq

"Moskva sərhəddə baş verənlərdən məmnun görünür"-Politoloq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.