"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əliyev və Putin vahid komandadır, Nikol isə… – Markov

28 Noyabr 2021 - 15:17
in MANŞET

Görüş uğurlu keçib və onu irəliyə addım hesab etmək olar.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun Baş direktoru Sergey Markov Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün nəticələri ilə bağlı Azərtac-a açıqlamasında deyib.

“Bəyanatın birinci maddəsi, – ekspertlərin əksəriyyətinin nədənsə buna əhəmiyyət vermir, – danışıqların mühüm nəticəsidir. Bu maddə tərəflərin 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiqləmələri barədədir. Çoxlarının öz-özlüyündə anlaşıqlı hesab etdiyi bu maddə həm də ona görə ikiqat əhəmiyyətlidir ki, son vaxtlar Ermənistanda 10 noyabr tarixli sülh sazişi barədə tənqidi fikirlər əmələ gəlib. Biz bilirik ki, hətta bunun əleyhinə nümayişlər keçirilir. İkinci əhəmiyyətli nəticə sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Təsdiq edilib ki, ilin sonunadək konkret mexanizm yaradılacaq. Paşinyan işçi qrupu formalaşdıracağını təsdiq edib. Yerevanda hansısa siyahılar tərtib edirlər. Bu, çox yaxşıdır, özü də xəritələr artıq hazırdır və onlar Rusiya baş qərargahındadır”, – Markov bildirib.

Ekspertin fikrincə, danışıqlarda əldə olunan üçüncü nailiyyət ondan ibarətdir ki, Prezident Vladimir Putin Brüsseldə görüşlə bağlı onun Avropa İttifaqının rəhbəri ilə yaxşı əlaqələri olmasını bəyan edib: “Bu bizdə ümid yaradır ki, Avropa İttifaqı 2020-ci il 10 noyabr tarixli razılaşmaya zərbə endirməyəcək. Axı belə təhlükə var idi ki, bu sazişin təşəbbüskarı qismində Rusiya çıxış etdiyinə görə, Avropa İttifaqı bu sazişi poza bilər. İndi Brüssel görüşünə dair bizdə pozitiv gözləntilər yaranır”.

S.Markov vurğulayıb ki, danışıqların əsas mövzularından biri də nəqliyyat dəhlizlərinin açılması məsələsi idi:

“Bu istiqamətdə də yaxşı irəliləyişlər var. Bir neçə gündən sonra Moskvada baş nazirlərin müavinlərinin görüşü təşkil olunacaq. Ola bilsin ki, onlar konkret razılaşmalara keçmək üçün liderlərdən razılıq alıblar. Rusiya sərhəd xidmətinin adı çəkiləndən sonra daha bir müəyyənlik yarandı. Bu, ona işarə edilə bilər ki, Zəngəzur dəhlizinin mühafizəsini məhz Rusiyanın sərhəd xidməti yerinə yetirəcək. İş orasındadır ki, Ermənistan Zəngəzur dəhlizinin iqtisadiyyata təkan verəcəyini başa düşür. Lakin o, qorxur ki, bu dəhliz gələcəkdə Zəngəzurun Ermənistandan Azərbaycana keçməsində siyasi cəhətdən hansısa dayaq, vasitə rolu oynaya bilər. Xüsusən ona görə ki, özü də onlar Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu bilirlər”.

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsinin həlli üçün bir çox texniki məsələlər müzakirə edilməlidir. Ola bilər ki, iki-üç həftə ərzində hansısa parametrlər müəyyən olunsun:

“Şübhəsiz, görüş Azərbaycan üçün uğurlu oldu. Birincisi, Zəngəzur dəhlizi mövzusu başlıca mövzu idi. İkincisi, jest dili deyilən bir anlayış var. Görüşü müşahidə edərək deyə bilərəm ki, İlham Əliyev və Vladimir Putin vahid komandadır, Paşinyan isə onlardan kənardadır. Bu, çox şey deməkdir. Mənə elə gəlir ki, bu, münaqişənin nizamlanmasında əsas rol oynayan Rusiya rəhbərliyi tərəfindən Azərbaycanın mövqeyinin eşidiləcəyinə zəmanətdir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

​Tehran, Bakı və Ankaranın yaxın münasibətləri – Rəisi…

Next Post

Ceyhun Bayramov Abdullahianla görüşdü

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
XİN rəhbəri: Bakı delimitasiya prosesinə hazırdır!

Ceyhun Bayramov Abdullahianla görüşdü

Bakıda güclü külək əsir

Sabahın hava proqnozu açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.