"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əliyevin Bişkek səfəri: Çin mənşəli layihə canlandırılır…

12 Oktyabr 2022 - 12:16
in MÖVQE

“Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlanılması gözlənilir.
Prezident İlham Əliyev Bişkekdə qırğızıstanlı həmkarı Sadır Japarovla mətbuata birgə bəyanatla çıxış edərkən bu barədə danışıb.
İlham Əliyevin Qırğızıstana səfərini ikitərəfli və çoxtərəfli münasibətlərin dünyada cərəyan edən gərgin proseslərin bütün ssenarilər üzrə nəticələrinə hazırlıq kimi şərh etmək olar”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“İkitərəfli münasibətlər: Azərbaycanla Qırğızıstan əlaqələrini dərinləşdirir, bunun rəmzləşdirən açılışlar edir.
Çoxtərəfli münasibətlər sahəsi: Türk Dövlətləri Təşkilatı (TDT) qismində əlaqələrin şaxələndirilməsi və perspektiv iqtisadi qazanclara çıxış üçün resursların toplanması qarışıq dünya nizamında xüsusi əhəmiyyət qazanır.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi yeni deyil, İlham Əliyevin Xəzər regionu ilə bağlı dediyi isə həmin marşrutun davamıdır. Ümumilikdə marşrut Çinin Mərkəzi Asiya vasitəsilə Avropa ilə artan əlaqələrini təmin etməsi üçün yeni mərhələ kimi qiymətləndirilə bilər.
Nəqliyyat dəhlizi üçün Azərbaycanın da pay sahibi ola biləcək iki istiqamət mövcuddur:
Birinci hissə Rusiya və Qazaxıstandan keçməklə Çindən Avropaya uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
İkinci hissə isə Türkmənistan və Xəzər dənizi vasitəsilə Türkiyəyə, oradan da Avropaya ticarət marşrutudur, lakin bu, həyata keçirilməmiş qalır.
Çin-Qırğzıstan-Özbəkistan dəmir yolu marşrutu (təxmini dəyəri 4.5 milyard dollar həcmində qiymətləndirilir) və onun uzadılması Rusiya-Ukrayna müharibəsi ilə tədarük zəncirlərinin dəyişməsi fonunda yenidən canlandırılır.
Qırğızıstanın razılaşdırılmış marşrut, maliyyələşdirmə problemləri maneələr olaraq qalır, lakin bu dəfə əlavə vəsaitlər cəlb etməklə layihəyə nöqtə qoyulması planlaşdırılır.
Azərbaycan iqtisadi şəbəkələrdən pay götürmək qabiliyyətlərini sürətlə inkişaf etdirməyi qarşıya hədəf qoyub ona görə də, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini öz maraqlarının sərhədləri daxilinə gətirir.
TDT üçün yeni divident Zəngəzur dəhlizi olacaq, lakin vəziyyət ətalətdə qalmalı deyil və koridorun birbaşa və ya dolayı yollarla digər böyük marşrutlara inteqrasiyası labüddür.
Qırğızıstan maliyyə imkanları baxımından TDT ailəsində “zəif bənd”dir, indi isə Azərbaycanla Türkiyə zəncir həlqələrindən birini əsaslı şəkildə dirçəltmək istəyir.
Bunun üçün üz tutulacaq optimal mənbə Çindir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Qırğızıstana tranzitdən gəlir etmək imkanı qazandıracaq, onun ixrac imkanlarını genişləndirəcək və iqtisadiyyatı əsaslı şəkildə canlanacaq.
Digər TDT üzvü Özbəkistanın da əhəmiyyət şkalasında rəqəmləri müsbət mənada artırmasına töhfələr verəcək.
Yəni, TDT-nin iki üzvünün – Qırğızıstan və Özbəkistanın – proseslərdəki oyunçuluq qabiliyyətləri yeni düzənə uyğun şəkildə inkişaf etdiriləcək.
Hərçənd ki, ortada siyasi sabitlik məsələləri də var, ABŞ-Britaniya tandeminin və Rusiyanın proseslərə hansı səviyyədə reaksiyalar verəcəyi fikirləri risk faktorlarını da gündəmə gətirir.
Çünki Qırğızıstan siyasi cəhətdən qeyri-sabitdir, Özbəkistanda da xarici oyunçuların müdaxiləsi üçün əsaslar yarada bilən problemlər mövcuddur, məsələn, Qaraqalpaqıstan amili.
Çin isə Qırğızıstandan keçən dəmir yolu xətti vasitəsilə özünün qərb sərhədlərini möhkəmləndirir və Pekinin böyüyən iqtisadi çərçivələrində yer tutan Orta Dəhliz amilini gücləndirir.
PROQNOZLAR:
Nəzərə alaq ki, Özbəkistan da, Qırğızıstan da TDT-nin üzvüdür, o zaman düşünmək çətin deyil ki, Bakı ilə Ankara Mərkəzi Asiyadakı mümkün münaqişə risklərindən sığortalanmaq üçün iqtisadi meyarlar formalaşdırır.
Bu mənada yaxın gələcəkdə Azərbaycanla Türkiyənin Mərkəzi Asiya regionundakı maraqları Çinin iqtisadi idealları, Qərbin və Rusiyanın maraqları kontekstində yeni dəyərə yüksələcək.
İkinci: Rusiya-Ukrayna müharibəsinin davam etməsi digər regionlardakı, o cümlədən Mərkəzi Asiyadakı iqtisadi layihələrdə pay sahibliyini artırmaq uğrunda iqtisadi müharibələri gücləndirəcək və bunu siyasi sabitliyə qarşı risk faktorları müşayiət edəcək”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-dakı səfirliyimizin xidməti avtomobili atəşə tutuldu

Next Post

Komitədən məcburi köçkünlərin etirazına – Reaksiya

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Komitədən məcburi köçkünlərin etirazına – Reaksiya

Komitədən məcburi köçkünlərin etirazına - Reaksiya

XİN-dən ermənilərin “güllələnmə səhnəsi”nə SƏRT REAKSİYA

ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.