Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, bir neçə həftə əvvəl ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüş haqqında ilkin razılıq əldə olunub.
“Onlar yüksək səviyyədə görüşün təşkili ilə bağlı bizim mövqeyimizlə maraqlandılar. Biz belə görüşlərə nəsə xüsusi ümid bəsləmədiyimiz cavabını verdik. Çünki onlar müəyyən hazırlıq işlərini nəzərdə tutur. Bununla belə, biz hər hansı görüşə qarşı deyilik və ona həmişə hazırıq. Görüşdən gözləntilər böyük olmasa da, görüş payızda baş tuta bilər”- deyə Sarkisyan bəyan edib.