“Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb”.
Elchi.az-ın xəbərinə görə, bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, müqavilənin sistemdə qüvvədən salınması ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur: “Əmək müqaviləsi sistemdə qüvvədə qaldığı üçün bəzi işçilər başqa yerdə işə düzələ bilmirlər:
“Bizə müraciət edəndə biz onları məhkəməyə yönləndiririk. Amma yeni dəyişikliyə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinə bu müqavilənin qüvvədən salınması üçün səlahiyyət veriləcək” – o deyib.





