Əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişir

>

Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir.

Bunu da oxuyun

APA-nın məlumatına görə, bununla bağlı bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edilib.

Dəyişikliyə əsasən məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır.

Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728