"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlikdə “Məlumat mübadiləsi saatı”

28 Noyabr 2014 - 19:36
in CƏMİYYƏT, XƏBƏR LENTİ

Ölkəmizdə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlarda mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqinə, bu məqsədlə 1464609_776901625702208_5041139030500504309_nbeynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) öz fəaliyyət dairəsi üzrə xarici ölkələrin aidiyyəti dövlət qurumları və mötəbər beynəlxalq təşkilatlarla 30-dan artıq hökumətlərarası və nazirliklərarası saziş, protokol, memorandum və proqram imzalayıb. Bu barədə noyabrın 28-də nazirlikdə beynəlxalq tədbirlərdə iştirak və təcrübə mübadiləsi sahəsində görülən cari işlərə dair növbəti “Məlumat mübadiləsi saatı”nın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir BMT, Avropa İttifaqı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı və digər beynəlxalq qurumlarla, ayrı-ayrı ölkələrin müvafiq təşkilatları ilə uğurla davam etdirilən əməkdaşlığın xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Bu əməkdaşlıq milli əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasında, müvafiq sahələrdə davamlı təcrübə və məlumat mübadilələrinin aparılmasında və qabaqcıl təcrübələrin öyrənilməsində, eyni zamanda ölkəmizdəki islahatlarla bağlı beynəlxalq tərəfdaşların məlumatlandırılmasında mühüm rola malikdir”. S.Müslümov beynəlxalq əməkdaşlıq əlaqələrinin davamı olaraq, bu ay əzrində də nazirliyin əməkdaşlarının bir sıra beynəlxalq tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb: “Belə ki, nazirliyin nümayəndələri Türkiyəyə səfər edərək, qardaş ölkənin sosial xidmətlər sahəsində təcrübəsi ilə yaxından tanış olub, fəal təcrübə mübadiləsi aparıblar. Eyni zamanda UNİCEF-in Belarusun Minsk şəhərində keçirilən Regional Konfransında milli uşaq müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı aparılan müzakirələrdə nümayəndə heyətimiz fəal iştirak edib. Həmin konfransda Azərbaycanda dövlət uşaq siyasətinin inkişafı sahəsində həyata keçirilən uğurlu islahatlar barədə dolğun məlumatlar verilib və ölkəmizin bu sahədə nailiyyətləri müsbət ölkə təcrübəsi kimi yüksək dəyərləndirilib”.
S.Müslümov nazirliyin nümayəndələrinin həmçinin sosial müdafiənin təmin olunmasında iqtisadi və sosial şuraların, sosial dialoqun rolu mövzusunda Cənubi Koreyanın Seul şəhərində, ixtisas seçiminin inkişafı məsələləri ilə əlaqədar Rusiyanın Moskva şəhərində keçirilən beynəlxalq səviyyəli tədbirlərdə də ölkəmizi təmsil etdiklərini bildirib: “Hazırkı iclasda da məqsəd bütün bu səfərlərin nəticələri barədə məlumat mübadiləsinin həyata keçirilməsidir”.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, nazirliyin Aparatının Məşğulluq siyasəti şöbəsinin müdiri Vahab Məmmədov, Sosial təminat siyasəti şöbəsinin müdir müavini Fuad Hüseynov cari ilin noyabr ayı ərzində Türkiyə, Belarus, Cənubi Koreya və Rusiyaya səfərlərinin nəticələri, həyata keçirilən təcrübə və məlumat mübadilələri, iştirak etdikləri beynəlxalq tədbirlər, həmin tədbirlərdə aparılan müzakirələr və s. barədə ətraflı məlumatlar veriblər. İclas təqdim edilən məlumatlar üzrə müzakirələrlə davam edib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Beren Saatın 25 min manatlıq saatı

Next Post

“Qarabağ” 6 pillə irəlilədi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Next Post

"Qarabağ" 6 pillə irəlilədi

"Doğum günün mübarəkdi, sevdiyim..." - Sabir Rüstəmxanlı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.