“Cavanlar, yol verin, veteran gəlir,
Siz, onu görəndə, qalxın ayağa.
O gələn məclisə ehtiram gəlir,
Hörmətlə baş əyin daşa-torpağa…”
İstəkli oxucular! Unudulmaz və sevimli xalq şairimiz Tofiq Bayramın misralarını xatırlamaqda məqsədim var. Axı, böyüyə hörmət, kiçiyə diqqət hamımızın borcumuzdur. Bu borcu aydın dərk edən Beyləqan rayon İcra Hakimiyyətinin başçısının tapşırığına əsasən rayon mərkəzində “Əmək Veteranları parkı”istifadəyə verildi.
Tədbiri İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev açdı. O, dövlət başçısının ağsaqqallara olan diqqət və qayğısından danışdı. Daha sonra Rayon İcra hakimiyyəti başçısının sabiq I müavini Nurəddin Bayramov, el ağbirçəyi Əntiqə Məmmədova və başqaları parkın istifadəyə verilməsini yaşlı insanlara dövlət başçısının qayğısının bariz nümunəsi kimi dəyərləndirdilər.
Tədbir iştirakçııları daha sonra dünya şöhrətli siyasətçi Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Ədəbi-bədii gecə rayon mərkəzindəki “Gənclər mərkəzi”ndə davam etdirildi.
Şamil Sabiroğlu,
“Ana harayı”qəzetinin baş redaktoru,
Əvəz Almədətov,
“Xebertv.az”saytının baş redaktoru,
Fotolar Əvəz Almədətova məxsusdur.




