"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əməyin mühafizəsinə həsr olunmuş seminar-müşavirə

29 Yanvar 2015 - 20:47
in SOSİAL

 

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Yanvarın 29-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək10941029_809876929071344_7340004653084078429_n Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində ölkəmizdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş seminar-müşavirə keçirib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin nümayəndələri və 120-dən çox işəgötürən iştirak edib.
Seminar-müşavirəni giriş sözü ilə açan DƏMX-in rəisi Fuad Əlizadə Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasında işçi hüquqlarının yüksək səviyyədə təminatının, o cümlədən əməyin mühafizəsinin mühüm komponentlərdən olduğunu vurğulayıb. F.Əlizadə bildirib ki, əməyin mühafizəsi sahəsində qanunvericiliyini mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirən ölkəmizdə bu qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarəti də daim güclənir: “Nəzarət tədbirlərinin nəticələrinin təhlili onu göstərir ki, istehsalatla əlaqəli bədbəxt hadisələr ilk növbədə işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, norma və standartlara əməl etməməsindən irəli gəlir. Ona görə də bu məsələlərlə bağlı işəgötürənlərin məsuliyyətinin artırılmasına ehtiyac var”.
Xidmət rəisi bildirib ki, ötən il əmək qanunvericiliyinin pozulması ilə bağlı aşkar olunan ümumilikdə 20417 hüquq pozuntusunun 10,3 faizi məhz əməyin mühafizəsinin tibbi-sosial məsələləri və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub: “Belə hallara görə işəgötürənlərə qanunvericilik əsasında cəza tədbirləri tətbiq olunur. Lakin bu sahədə institisional tədbirlərə də önəm verilir. Məsələn, bir çox təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislərin bilik səviyyəsinın qənaətbəxş olmadığı nəzərə alınaraq, ƏƏSMN tərəfindən həmin mütəxəssislər üçün ötən ilin noyabrından ölkədə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kurslarının təşkilinə başlanılıb. Kurslara cəlb olunanlara əməyin mühafizəsinə dair elmi-hüquqi, praktik bilgilər verilib. İndiyədək həmin kurslara 119 nəfər cəlb olunub və aparılmış müsahibənin nəticələrinə uyğun olaraq onlardan kursu bitirmiş 101 nəfərə müvafiq sertifikatlar verilib, digərləri isə hələ təlim keçməkdədir”.
F.Əlizadə qeyd olunan sahədə həmkarlar və işəgötürənlər təşkilatları, habelə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləri ilə fəal əməkdaşlıq əlaqələrindən də danışıb: “Ölkəmizdə “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində təşkil olunan bu seminar-müşavirə də bizə əməyin mühafizəsi sahəsində mövcud vəziyyəti, bu sahədə problemləri müzakirə etməyə imkan verir. Əminəm ki, bu tədbir işçi insanların həyat və sağlamlığının etibarlı şəkildə qorunmasına yönələn işlərdə birgə səylərimizin artmasına öz töhfəsini verəcək”.
Seminar-müşavirədə AHİK-in sədr müavini Cavanşir Alxasov, BƏT-in Azərbaycan üzrə nümayəndəsi Yaşar Həmzəyev, ASK-nin hüquq şöbəsinin müdiri Mehman Mehmanov, ayrı-ayrı işəgötürənlər mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində müəssisələrdə mövcud vəziyyət geniş müzakirə olunub, əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edilib. Tədbir zamanı əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar barədə məlumatlar da təqdim edilib, işəgötürənlərin sualları cavablandırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Seymur Həziyevə 5 il həbs verildi

Next Post

Şəhid Təyyar İltifat oğlu Əliyev yad edildi

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Şəhid Təyyar İltifat oğlu Əliyev yad edildi

İran saytından Netanyahunun oğullarına sui-qəsd çağırışı (FOTO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.