"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əmanətlərin ancaq 30 faizi qorunur?..

25 Avqust 2014 - 23:48
in İQTİSADİYYAT

Banklar çökərsə, 6,4 milyard manatlıq əmanətin 4,5 milyard manatı bata bilər; Əmanətlərinimg1374170 Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov təhlükəni önləmək əvəzinə, özünün ucuz reklamı ilə məşğuldur

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü və təşkilatçılığı ilə bu il avqustun 6-da Əmanətlərin Sığortalanması üzrə Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin Bakı şəhərində regional tədbiri keçirilib. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu 2013-cü ildə də belə bir tədbirə ev sahibliyi edib.
Fondun iki il ardıcıl eyni tipli tədbirə ev sahibliyi etməsi müəmmalı görünür. Ancaq fondun beynəlxalq təşkilatla müəmmalı anlaşması sayəsində tədbirin ardıcıl olaraq Bakıda keçirilməsi anlaşılan  deyil. Fonddakı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, tədbirin Bakıda keçirilməsi qurumun icraçı direktoru Azad Cavadovun ucuz reklamına və korrupsiya maraqlarına xidmət edir: “Belə bir tədbir nə Fondun, nə Mərkəzi Bankın, nə də 6 milyondan çox əmanətçinin mənafelərinə uyğundur. Bu, yalnız icraçı drektorun ucuz reklamına, fondun vəsaitlərinin səmərəsiz xərclənməsinə və korrupsiya maraqlarına xidmət edir. Tədbirin təşkili adı ilə fonddan xeyli vəsait silinib və mənimsənilib. Söhbət bir neçə yüz min manatdan gedir. Mənimsənilən vəsait hesabına İADİ-in Asiya-Sakit Okean Regional Komitəsinin rəhbərliyinə bahalı hədiyyələr də verilib. Belə hədiyyələr olmasaydı, regional qurum 2 il ardıcıl Bakıda tədbir keçirilməsinə razılıq verməzdi”.
Mənbə deyir ki, bu tədbirə xərclənən vəsaitlər əmanət bazarının araşdırılmasına, əmanətçilərin əmanət-investisiya davranışlarının öyrənilməsinə, içtimayyətin maarifləndirilməsi və məlumatlandırılmasına yönəlsəydi, daha faydalı olardı. Bundan həm Mərkəzi Bank, həm çoxsaylı əmanətçilər, həm də fond faydalanardı. Ancaq fondun təminat verdiyi kompensasiya olunan əmanətlərin həcmi ildən-ilə azalır.
Konkret faktlara keçək. 2014-cü ilin birinci rübündə fiziki şəxslərin cəmi əmanətlərinin həcmi 6 milyard 77 milyon manat olub ki, bunun da cəmi 1 milyard 947 milyon manatı, yəni 32 faizi kompensasiya olunan əmanətdir. Bu göstərici 2014-cü ilin ikinci rübündə əmanətləri 6 milyard 335 milyon manat olub və kompensasiya olunan əmanətlər 1 milyard 931 milyon manata, yəni 30 faizə düşüb. Bu o deməkdir, təxminən 4,5 milyard manatlıq əmanətin batmaq təhlükəsi realdır.
Əslində belə situasiya fondun tam fəaliyyət göstərə bilməməsinin göstəricisidir. Bütün dünyada əmanətlərin qorunması əmanətçilərin sayı ilə deyil, kompensasiya olunan əmanətlərin həcmi ilə ölçülür. Fond 2014-cü ilin ikinci rübü üzrə əmanətlərin 54,8 faizinin qorunmasını iddia etsə də, realda bu əmaəntlərin yalnız 30 faizi kompensasiya olunub. Yəni əmanətlərin qorunması heç də onların kompensasiya olunması anlamına gəlmir.
Əslində yuxarıda qeyd edilən məsələlər Fond tərəfindən həyata vaxtında keçirilsəydi, kompensasiya olunan əmanətlərin həcmi ən azı 10-15 faiz arta bilərdi. Fondun icraçı direktoru konkret iş görmək əvəzinə tədbirlər keçirməklə iş görmək imitasiyasını yaratmağa çalışır.
Əmanətlərin sığortalanması sisteminin mahiyyətinin, fəlsəfəsinin icraçı drektor Azad Cavadov təfəfindən tam, hərtərəfli başa düşülməməsi fondun strategiyasından tam anlaşılır. Belə ki, Fondun internet səhifəsində strategiyasında “Korporativ idarəetmə sisteminin qurulması” iddia edir. Anlamaq lazımdır ki, korporativ idarəetmə sistemi biznesin idarə olunması üçün həyata keçirilir. Əmanətlərin sığortalanması haqqında qanunun 3-cü maddəsində göstərilir ki, “Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırlmasına yönəldilir. Sistemin mahiyyəti, fəlsəfəsi Azad Cavadov tərəfindən tam başa düşülmədiyindən daha çox Fond qapalı şəkildə fəaliyyət göstərir. Belə bir iş şəffaflıq prinsiplərinə ziddir. Digər tərəfdən çox milyonluq əmanətçini ölkənin maliyyə-bank sisteminə inamının qorumaq və artırmaq üçün əmanətlərin qorunması şəffaflıq prinsiplərinə əsaslanmalıdır.
Azərbaycan əmanətlərin Sığortalanması Fondu dünyada əmanətçi baxımından ən az informasiya paylaşan təşkilatdır. Sübut olaraq Fondun internet səhifəsində 6 milyondan çox əmanətçi üçün bir dənə də olsun analitik informasiyaya rast gəlmək qeyri-mümkündür. İllik hesabat əvəzinə 2013-cü ildə müstəqil auditorun rəyi yerləşdirilib.
Maraqlısı odur ki, Fondun müşahidə şurasının sədri nə Çingiz Əsədullayev, nə də Mərkəzi Bankın sədri Elman Rüstəmov icraçı dİrektordan iş tələb edir. Sübut Fondun strategiyasının demək olar ki, tamamilə yanlışlıqlar və səhvlər üzərində qrulmasıdır. İş planı olmadığından ilin 4 aylıq hesabat dövrü istisna olmaqla qalan vaxt Fondun nə işlə məşğul olduğunu heç kim bilmir. Cünki konkret iş planı yoxdur. Fondun fəaliyyətsizliyindən isə daha çox əmanətçilər ziyan çəkə bilər. Söhbət 4,5 milyard manat vəsaitin batmaq təhlükəsindən gedir. Necə ki, “Royal-bank”la bağlı proseslərdə bunun canlı şahidi olduq – əmanətlərin 71 faizi batdı.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ölünü diriltmək üçün baxın, nələr etdilər – VİDEO

Next Post

Ukrayna parlamenti buraxıldı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Ukrayna parlamenti buraxıldı

Şeyxülislam Hacı Allaşükür Paşazədənin 65 yaşı tamam olur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.