"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əmirbəyov Fransa qəzetinə Laçın yolundan danışdı

08 Avqust 2023 - 17:34
in SİYASƏT

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransanın aparıcı LeMonde qəzetində müsahibəsi dərc edilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, jurnalist Emanuel Qrinzspanın Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət, xüsusilə də Laçın yolu ilə bağlı suallarını cavablandıran Elçin Əmirbəyov, qərb mətbuatında yer alan və guya ki, yolun bağlanması ilə əlaqədar əsassız iddialara cavab verib.

Prezidentin nümayəndəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Laçın yolunun humanitar məqsədlər üçün istifadə edilməli olduğunu, lakin iki il yarım müddət ərzində Ermənistanın bu yoldan qeyri-qanuni məqsədlər, o cümlədən Azərbaycan ərazisinə silahlı qüvvələrini, habelə silah-sursat göndərmək üçün suiistifadə etdiyini bildirib. O, Qarabağda yaşayan ermənilərin sayının 120.000 kimi göstərilməsinin həqiqətə uyğun olmadığını və əslində burada 50.000 erməninin, o cümlədən 10.000 qanunsuz erməni silahlı qüvvənin olduğunu vurğulayıb.

AR Prezidentinin xüsusi nümayəndəsi müxbirin erməni hərbçilərini öz vətəndaşınız hesab edirsinizmi sualına cavab olaraq, bu ermənilərin Azərbaycan ərazisinə üçtərəfli bəyanata zidd olaraq, qeyri-qanuni daxil olan Ermənistan silahlı qüvvələrinin üzvləri olduğunu qeyd edib. Azərbaycan tərəfinin bu səbəbdən 23 aprel tarixində beynəlxalq hüquqa uyğun olaraq Laçında nəzarət məntəqəsi yaratdığını söyləyib.

Laçın yolundan hazırda tibbi ləvazimatların keçdiyi və humanitar məqsədli yüklərin Azərbaycanın Ağdam və Füzuli ərazisindən keçməsi təklifinin isə ermənilər tərəfindən qəbul edilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

E.Əmirbəyov vurğulayıb ki, əgər həqiqətən də vəziyyət təqdim edildiyi kimi faciəvi olsaydı insanlar humanitar yardımın hansı istiqamətdən gəldiyi əhəmiyyət verməzdi; demək ki, qondarma üzdəniraq “hakim dairələr” orada yaşayan ermənilərin əksəriyyətini girov saxlayırlar, çünki sosial şəbəkələrdə narazılıqlar eşidilir. Qondarma hakim qüvvələr bu vəziyyətdən Azərbaycan əleyhinə beynəlxalq səviyyədə təzyiq məqsədilə istifadə etmək istəyirlər.

E.Əmirbəyov müsahibədə Vaqif Xaçatryanın həbs edilməsi ilə əlaqədar həqiqətlərdən bəhs edib, onun birinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı müharibə cinayətləri törədən şəxslər siyahısında olduğunu diqqətə çatdırıb.

Xüsusi nümayəndə, jurnalistin Azərbaycanın avtoritar rejim olması ilə bağlı təxribatçı sualına cavab olaraq, Azərbaycanın demokratik ölkə olduğunu vurğulayıb və insan hüquqları məsələsinə gəldikdə, Fransa da daxil olmaqla heç bir ölkənin mükəmməl olmadığı müxbirin diqqətinə çatdırılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dərslər bu tarixdə başlayacaq – Rəsmi

Next Post

Ukrayna bu raketlə bütün Krımı vura bilər – Rıbaçuk

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ukrayna bu raketlə bütün Krımı vura bilər – Rıbaçuk

Ukrayna bu raketlə bütün Krımı vura bilər - Rıbaçuk

İran bu cinayəti tam araşdırsın! – Kamran Əliyev

İran bu cinayəti tam araşdırsın! - Kamran Əliyev

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.