"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ən böyük gənclər düşərgəsi başladı

22 İyul 2022 - 13:35
in CƏMİYYƏT, SOSİAL

Gənclərin il boyu xüsusi maraqla gözlədiyi – Azərbaycanın ən böyük gənclər düşərgəsi olan “YayFest”in rəsmi açılış mərasimi keçirilmişdir. Tədbir bu il “YayFest”ə ev sahibliyi edəcək Şamaxı rayonunda yerləşən Astrofizika Rəsədxanasının ərazisində keçirilmişdir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Xüsusi tərtib edilmiş “YayFest” ərazisində eyni anda 300-dən çox gəncin qalması üçün ayrıca “çadır şəhərciyi”, təlim və görüşlər üçün məkanlar, həvəskar idman yarışları ərazisi və “party area” yaradılmışdır. Bundan başqa ərazidə gənclər üçün dincəlmək, intellektual və masaüstü yarışlar keçirmək üçün zonalar təşkil edilmişdir. Bir sözlə, gənclər gün ərzində “Yay Fest”də təşkil edilən təlimlərdə bilik və bacarıqlarını artıracaq, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, rektorlar, tanınmış şəxslərlə görüşlərdə iştirak edəcək, intelektual və idman yarışlarında güclərini sınayacaq, əylənərəkyeni dostlar qazanacaq və “haykinq”lər vasitəsilə Şamaxının qədim tarixi-mədəni abidələri, təkrarolunmaz təbiəti ilə tanış olacaqlar.

Açılış mərasimində rəsmi şəxslərin çıxışları və konsert proqramı təşkil edilib.

Qeyd edək ki, 2019-cu ildən keçirilərək ənənə halını alan “YayFest” gənclər festivalının əsas məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, Azərbaycan tarixi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun Vətən müharibəsində qazandığı zəfərin geniş təbliği, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir. Düşərgələrdə fəallığı ilə fərqlənən gənclər mükafatlandırılacaq.

19 iyul-9 sentyabr tarixlərini əhatə edəcək Festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (tələbəlik, vətənpərvərlik, yaradıcılıq, könüllülük, dayanıqlı inkişaf məqsədləri, innovasiya və sahibkarlıq, karyera və inkişaf, həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq. Hər düşərgədə 250 iştirakçı olmaqla ümumilikdə 2000 gəncin “YayFest”dən faydalanması nəzərdə tutulur.
Xatırladırıq ki, bu günə qədər düşərgədə iştirak üçün 5 mindən çox gənc müraciət etmiş və hazırda onların mərhələli şəkildə qiymətləndirilməsi həyata keçirilir. Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi və ya “GəncApp” mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçərək, düşərgədə iştirak seçimlərinə qatılmağa dəvət edir.
Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID-19 pasportu (ən azı 2 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.

“YayFest” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Polşa Belarusla sərhədə qarnizonlar yerləşdirir

Next Post

Şuşada Dünya Media Forumu keçirilsin – QUSMAN

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Next Post
Şuşada Dünya Media Forumu keçirilsin – QUSMAN

Şuşada Dünya Media Forumu keçirilsin - QUSMAN

2022 Enactus Azərbaycan Milli Yarışı YEKUNLAŞIB

2022 Enactus Azərbaycan Milli Yarışı YEKUNLAŞIB

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.