“Ronaldo, gör sən kimi itirmisən”
Bir necə gün öncə dünyanın ən məşhur futbolçusundan ayrılan planetin ən cazibədar modeli yenidən kamera qarşısına keçdi. ANS PRESS-in məlumatına görə, rusiyalı gözəl İrina Şeyk İspaniyanın ayaqqabı brendi XTI-nin yaz-yay kolleksiyasını təqdim edib.
İrina-Ronaldo pərəstişkarlarının ağlına isə bu şəkillərdən sonra ancaq bir sual gəlir – Ronaldo gör sən kimi itirdin…
Seksual model fotosessiyanın bir qismində tək iştirak etsə də, sonradan kişi model – Stiv Ceymslə birgə şəkil çəkdirib. O, eyni markanın kişilər üçün olan kolleksiyasını nümayiş etdirib.
Bu günlərdə isə rus gözəli Meksikada qırmızının gözəlliyini gözlər önünə sərib. O, dodaq boyasının reklam çəkilişlərinə qatılmışdı.
Çəkilişin yorğunluğunu isə Şeyk okean sahilində əylənməklə çıxarmışdı.













ANS PRESS



